Icma.az
close
up
RU
Ailə müqəddəs ocaq, cəmiyyətin özəyidir

Ailə müqəddəs ocaq, cəmiyyətin özəyidir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Möhkəm təməllərə sahib olan Azərbaycan ailə modeli dünyada örnək cəhətləri ilə tanınır. Ailə institutunun problemləri ilə bağlı çoxsaylı jurnalist araşdırmaları olsa da, bu mövzuda sırf elmi tədqiqatlar azdır. Bu baxımdan hüquq elmləri doktoru Səidə Həsənzadənin müəllifi olduğu “Ailəlogiya” kitabı sözügedən sahəyə elmi cəhətdən işıq tutan əhəmiyyətli monoqrafiya sayıla bilər.

Kitabın müəllifi öz əsərində qeyd edir ki, “ailə”nin müxtəlif elmi aspektlərdən hərtərəfli araşdırılması aktuallıq kəsb edir. Bu mənada, ailənin kompleks öyrənilməsi “Ailəlogiya”nın əsas predmetidir. Monoqrafiyada ailə münasibətlərinin inkişafı, həmçinin Azərbaycan ailə modelinin qorunması məsələləri elmi və hüquqi müstəvidə araşdırılır.

Hüquq üzrə elmlər doktoru, professor Rüstəm Məmmədovun elmi redaktoru, professorlar Habil Qurbanov və Mayis Əliyevin rəyçiləri olduğu monoqrafiya “Ailəlogiya müasir elm sahəsi kimi”, “Azərbaycanda ailənin və nikahın hüquqi statusu”, “Azərbaycan ailəsinin sosial-siyasi və hüquq mahiyyəti”, “Azərbaycan ailəsinin strukturunda təmsil olunan subyektlərin statusu” adlı fəsillərdən ibarətdir.

Monoqrafiyanın giriş hissəsində Səidə Həsənzadə yazır: “Ailə – qadın və kişi birliyinin təşkilati-hüquqi əsası kimi bioloji, sosial, iqtisadi, hüquqi, mənəvi, əxlaqi, siyasi və beynəlxalq mahiyyət daşıyır və buna görə də hər bir konkret halda ailənin kompleks elmi tədqiqatların nəticəsi olaraq öyrənilməsi zəruri, müasir və aktualdır”.

Dünyada cəmiyyətlər, dövlətlər, dinlər və digər nəsnələrdən daha öncə meydana gələn ailə çox erkən tarixə malik olsa da, kompleks şəkildə tədqiqi yalnız son zamanların elmi gündəminə aiddir. Müəllif Azərbaycan ailəsinin ənənəvi dəyərlərinin qorunub saxlanması və inkişafının müasir mərhələdə dövlətimiz qarşısında duran ən prioritet vəzifələrdən biri olduğuna diqqəti cəlb edərək bildirir ki, müstəqillik illərində ulu öndər Heydər Əliyev ailəni müqəddəs ocaq sayıb, ailə dəyərlərinə daim böyük həssaslıqla yanaşıb və bunu aparıcı əxlaq kateqoriyalarından biri hesab edib.

Azərbaycan Prezidenti İlham Əliyev yeni əsrdə ölkəmizdə ailənin dinamik inkişafı, ailə münasibətlərinin hüquqi tənzimlənməsi və qanunla təsbit edilməsi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirib. Ailəlogiyaya verilən dəyərin nəticəsidir ki, bu gün ilkin sosial qrup olan ailələr ölkəmizdə dövlət qayğısı ilə tam əhatə olunublar. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ailə, qadın və uşaq problemlərinin uğurlu həllinə daim böyük diqqət yetirir, bu xeyirxah missiyanın davam etdirilməsini vacib vəzifə sayır.

Arşdırma toplusunda vurğulanır ki, ailəlogiya elminin əhəmiyyəti zaman keçdikcə artmaqdadır. Bir sıra dövlət proqramlarında, xüsusilə elmin inkişafına dair layihələrdə, ailələrin kompleks elmi-nəzəri və təcrübi tədqiqi ön plana çıxıb. Kitabında diqqətçəkən əsas məqamlardan biri də tədqiqatlar vasitəsilə ailə problemlərinin üzə çıxarılması və həlli yollarının təklif olunmasıdır.

Monoqrafiyada bildirilir ki, milli ailə modelimizin daha da təkmilləşdirilməsi, ailə və ailə münasibətlərində boşluq kimi qiymətləndirilə bilən bir sıra ziddiyyətlərin aradan qaldırılması vacibdir: “Əvvəllər boşanmalara fövqəladə bir hadisə, ailə və onun təmsil olunduğu nəsil üçün çox ağır, əskildici bir təzahür kimi baxılırdı. Bu gün isə belə hallar çox təəssüf ki, adi bir təzahürə çevrilmişdir. Tərəflərin boşanma haqqı və onun reallaşdırılmasına, guya insan hüquqlarının ifadəsi kimi baxılır, qadının və uşağın taleyinə isə faktiki olaraq biganəlik göstərilir. Məhz buna görə son illər ölkədə boşanma halları xeyli dərəcədə asanlaşmış, həm də çoxalmışdır. Ailənin qorunub saxlanılması üçün mümkün olan bütün tədbirləri təmin etmək üçün Ailə Məcəlləsinin bəzi maddələrində dəyişikliklər təklif olunub”.

Bu da qeyd olunur ki, elmi müstəqil ailə məhkəmələrinin yaradılması vacib və aktual səciyyə daşıyır. Ailə və ailədaxili münasibətlərin qorunması, ailə sirlərinin mühafizəsi, təcrübəli və ixtisaslı hakimlər tərəfindən, ailə və uşaq münasibətləri ilə əlaqədar olan mülki işlərə ixtisaslaşmış məhkəmələrdə baxılması, problemin həlli, ailə münasibətlərinin möhkəmləndirilməsinə, ailələrin qorunmasına əhəmiyyətli təsir göstərə bilər. “Müasir ailənin strukturunda valideynlərin və uşaqların yeri və rolu nəzərə alınaraq, onların hər biri haqqında hüquqmüəyyənedici normaların hazırlanmasına və qəbuluna zərurət yaranmışdır”.

Gizli deyil ki, ailə ortamlarına ötəri bir nəzərlə də müəyyən problemlərin olduğunu görmək mümkündür. Bu gün Azərbaycan ailəsində uşaqların sayının azalması, ailələrin dağılması, uşaqların dövlət himayəsinə verilməsi, münaqişələrin və ailə zorakılığının, yetkinlik yaşına çatmamışlar və qadınlar tərəfindən törədilən cinayətlərin artması “həyəcan təbili” çalmağı zəruri edir. Dünyada natamam ailələrin artması, tək analar institutunun çoxalması ciddi narahatlıq doğurduğu halda, bu rəqəm Azərbaycanda ilbəil azalmaqdadır. Bu baxımdan ənənəvi Azərbaycan ailəsinin qorunub saxlanması, gənc ailələrin inkişafı hazırda dövlət siyasətinin əsas sütunları sırasında yer tutur.

Sosioloji müşahidələrə də əsaslanan müəllif “Ailəlogiya” əsərində göstərir ki, ailədə tərəflərin bir-birini başa düşməməsi, güzəştə getməməsi, sosial rollarını düzgün dərk etməməsi, məsuliyyətin əsaslarına laqeyd münasibəti, istər-istəməz, suallar yaradır. Ailə münasibətlərində müdrikliyə söykənən adətlərlə, ənənələrlə, həll edilə bilməyən mübahisələr, münaqişələr ailə zorakılığının hüquq müstəvisində, cinayət-hüquqi vasitələrlə həll edilməsinə gətirib çıxarır. Lakin bunun təzahürü onunla yadda qalır ki, münaqişə tərəflərindən kimsə, təqsirli şəxs məsuliyyətə cəlb edilir, ailələr dağılır və uşaqların taleyi arzuedilməz, ümidsiz bir vəziyyətə düşür. Buna görə də ailə zorakılığının sosial, siyasi və hüquqi təhlilinin obyektiv, tam və hərtərəfli aparılmasının mühim sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Onun nəticələri, ailə zorakılığının təhlili, onun nəticələrinin aradan qaldırılması və profilaktikasının gücləndirilməsi üçün mühim elmi-nəzəri və təcrübi əhəmiyyət daşıyır.

Yekun olaraq demək olar ki, hüquq elmləri doktoru Səidə Həsənzadənin “Ailəlogiya”sı çağdaş cəmiyyət və dövlət, eləcə də ailələr üçün mühüm önəm daşıyır.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri