Icma.az
close
up
RU
Nikahsız “ailə” modeli: cəmiyyətin fikri nədir?..

Nikahsız “ailə” modeli: cəmiyyətin fikri nədir?..

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bəzən yatsan, yuxuna da girməz kimi fikirlər meydana çıxır. Haradan çıxır, nəyin təsiri, kimin ağlı ilə çıxır, bilmirik, lakin belə fikirlərlə təəssüf ki, qarşılaşmalı oluruq. Həmin tükürpədici fikirlərdən biri haqqında danışmaq istəyirəm: nikahsız “ailə” modeli fikrində olanlardan, bunun tətbiqinin müsbət nəticə verəcəyi haqqında mülahizələrini iddia edənlərdən.

Son vaxtlar rəqəmsal platformalarda tez-tez bu mövzunun müzakirəsi ilə qarşılaşmaq olur. Bəzi insanlar gənclərin rəsmi nikaha girmədən əvvəl birlikdə yaşayıb bir-birilərinin xasiyyətinə bələd olmasını bu “ailə” modelinin tətbiqində görür. Yəni, gənclər bu cür yaşamaqla bir-birilərini tanısınlar, əgər xasiyyətləri uyğun gələrsə, bir evdə yaşamaq problemləri yaranmazsa, bundan sonra rəsmi nikaha daxil olsunlar.

Bu fikirləri dəstəkləyən çoxsaylı insan olsa da, lakin dəyərli xalqımız tərəfindən əsla qəbuledilməz şəkildə qarşılanır. Nə üçün bu cür qarşılanır, bax, məsləyə işıq salaraq bunu görmək heç də çətin deyil.

Azərbaycan xalqı, cəmiyyəti gəncləri nikahsız birlikdə yaşayan ölkələrdən fərli bir ölkədir. Yəni Azərbaycanın tarixində nikaha girmədən qızın evdən çıxarılması məsələsi uzun illər boyu mümkünsüz olub. Toy xalqın ən dəyərli ənənələrindən biri olaraq yeni ailənin qurulması şərəfinə böyük zəhmət və xərc nəticəsində reallaşır. Bu, hər bir valideynin öz övladını səadətə qovuşdurmaq, yeni bir ailənin təməlini qoymaq kimi qədim dəyərlərə əsaslanır.

Qız valideyni olmaq cəmiyyətimizdə tarixən ən çətin iş, bir qızı böyütmək, ədəb-ərkanı, bakirəliyi ilə ər evinə köçürmək böyük bir vəzifə hesab olunub. Hətta İslam dinində belə bir fikir də var ki, üç qız böyüdüb, namusu, ədəb-ərkanı ilə ərə verən ananın yeri cənnətdir. Yəni qız böyütmək, onun tərbiyəsi ilə məşğul olmaq, gələcəkdə quracağı ailə üçün hazırlamaq, ana alacağını anlatmaq, onu bu qayğılar əhatəsində böyütmək təbii ki, asan məsələ deyil.

Eləcə də oğlan övladını böyütmək, onu gələcək sərbəst həyat üçün hazırlamaq, ailə başçısı olacağını və bu işin böyük məsuliyyətə malik olduğunu diktə etmək asan məsələ deyil. Biz bəzi Avropa dövlətlərindən fərqli olaraq övladımız 17-18 yaşına çatdıqda onunla vidalaşıb, “artıq sərbəstsən, get öz həyatını qur, yaşa”, -deyən xalq deyilik. Bu, bizim cəmiyyə uyğun hal deyil. Odur ki, bunun kimi bəzi Avropa ölkələrində olan qayda-qanunu da mənimsəyə bilmirik.

Əslində bu fikirləri təbliğ edənlər niyə düşünmək istəmirlər ki, bizim cəmiyyətlə onların istinad etdiyi cəmiyyətlər tamamilə fərqlidir. Niyə paytaxt Bakıda oturub bu iddianı irəli sürəndə “bizim regionlarımız da var”,- deyə düşünmək istəmirlər. O bölgələrimiz ki, bu iddiaları qəti şəkildə rədd edir və üstəlik bu fikirdə olan adamları ağlı başında hesab etmirlər.

Xalqın çoxsaylı toyaqədər və toydansonrakı adətləri var. Bunlardan biri də nişan mərasimidir. Bu mərasimin mənası, məqsədi gəncləri el arasında deyildiyi kimi, bir-birinə ad etməklə, həm də onlara bir-birilərini tanımaq üçün vaxtın verilməsidir. Şahidi olmuşuq ki, xarakterlər uyğun gəlməyib, neçə-neçə nişan pozulub. Və yüzlərlə gəncin nişanının toyları ilə nəticələndiyinə və gözəl bir ailə olduqlarına da şahidlik etmişik. Belə bir mötəbər adətimiz olduğu halda nə üçün gənc qız və oğlan bir-birini tanımaq üçün bir evdə yaşamalıdır?

Yaxşı, tutaq ki, bu fikri dəstəkləyirik və gənclərə bu imkanı veririk. Gəlin görək nə baş verəcək? İki gənc bir-birini yaxından tanımaq üçün bir evdə yaşamağa başlayır, aradan bir neçə il keçir və məlum olur ki, onların xarakteri uyğun gəlmədi. Belə olan halda ayrılırlar. Sonra həmin oğlan ailə qurmaq qərarına gəlir və həyat yoldaşının elə bir qız olmasını istəyir ki, o, bakirə olsun. Və belə bir qızla da evlənir. Bəs onunla bir yerdə bir neçə il yaşamış həmin o qızı nə gözləyir? O, artıq birmənalı olaraq bakirə qızla ailə qurmaq fikrində olan oğlanların əhatə dairəsindən çox-çox uşaqlarda qalır. Beləliklə, bizim qızlarımız bu münasibətlə həyatını itirmiş olarlar. Çünki bizim cəmiyyət üçün nikahda bakirəlik şərtdir.

Digər tərəfdən, niyə də şərt olmasın ki?.. Axı bizim qızlar gələcəyin anası, bir nəslin-kökün davamçılarını dünyaya gətirənlərdir. Belə olan təqdirdə kim razı olar ki, bir neçə oğlanla birlikdə yaşayıb xarakteri uyğun gəlməyəndən sonra ayrılan qız ona həyat yoldaşı, uşaqlarına ana olsun?

Hələ bu birgəyaşayışdan uşaq doğulubsa, necə? Onun həyatı necə olur? Ən birincisi, rəsmi nikah olmadığı üçün uşağa yalnız atalıq verilə bilər. Bəlkə həmin ata bundan boyun qaçıracaq? Belə olan halda uşağın günahı nədir, bəlkə bu barədə də düşünəsiniz...

Təəssüf ki, bu fikirlə çıxış edənləri dəstəkləyən, bu modelin tətbiqini arzulayan, bunun faydalı olacağını düşünən xeyli insan var. Bəkarətin köhnə fikir olduğunu açıqca iddia edənlər, müasir dövrdə ənənələri, dəyərləri qoruyub saxlayan insanları geridə qalmış adlandıranlar da var. Mənə də söz yox ki, bu yazıdan sonra köhnə fikirli olduğumu yazacaq, geridə qalmaqla ittiham edəcəklər.

Dinləyin, gerçək olan budur ki, bu qırnaqarası iddiaları xalq qəbul etməyəcək. Bu fikirlərlə xalqın beyninə təsir edə bilməyəcəksiniz. Cəmiyyətə səpməkdə olduğunuz yeni növ toxum bu torpaqlarda cücərməyəcək. Çünki hər kəs öz Vətəninin coğrafiyasına çox axşayır. Qafqazda sizin dedikləriniz keçərli olmayacaq. Unutmayaq ki, hansı sahədə, nə qədər Avropaya inteqrasiya etsək də, elə məsələlər var ki, onlar mümkün deyil. Ona görə mümkün deyil ki, şüurlu şəkildə anlayırıq, bu, bizdəki kimi daha üstün, daha yaxşı, daha müvafiqdir.

Nikah dövlətin iki gəncin evliliyə daxil olmasını, yeni ailənin qurulmasını təsdiq edən vasitədir. Nikah olmadan bir evdə yaşamaq bizim dinimizə də ziddir. Odur ki, bu barədə danışanlar bir dəfə deyil, iki dəfə düşünsünlər. Müasirlik yaxşıdır, müasir olmaq da yaxşıdır. Lakin unutmayaq ki, köhnə kəndə yeni qaydalar gətirmək hər zaman effektiv olmur.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri