Icma.az
close
up
RU
Ailə qurmaq üçün sevgi yoxsa, uyğunluq vacibdir? SORĞU

Ailə qurmaq üçün sevgi yoxsa, uyğunluq vacibdir? SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Son günlər sevgi mövzusu ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Kimi sevgisini qarşı tərəfə diqqəti, kimi isə daha çox hərəkətləri ilə göstərir. Bəs ailədə sevgi. yoxsa uyğunluq daha çox önəmlidir? SİA bu sual ilə şəhər sakinləri ilə sorğu aparıb.

Şəhər sakini Sevinc Şvarts: “Düşünürəm ki, evlilikdə ilk öncə cütlüklər bir-birini sevir daha sonra görürlər ki sevgi azdır. Yəni hardasa uyğunluqda lazımdır. Ona görə hesab edirəm ki, evlilikdə hər ikisi eyni səviyyədə olmalıdır. Cütlüklər böyüklərə qulaq asmamalıdırlar. Çünki cütlüklər arasında sevgi və uyğunluq hər ikisi olsa da böyüklər ailələrin işinə qarışır. Nəticədə ailələr dağılır. Əsasən gənc ailələr dağılır. Mən cütlüklərə qətiyyən böyüklərin sözünə qulaq asmamağı tövsiyyə edirəm”.

Şəhər sakini Ziyafət Məmmədov: “Cütlüklər arasında birinci növbədə uyğunluq olmalıdır. Uyğunluq olarsa, cütlüklər arasında sevgi, məhəbbət, ailə bütövlüyü də olacaq. Mən nikah şöbəsində işləmişəm. Müşahidələrim əsasında deyə bilərəm ki, uyğunluq mütləq olmalıdır. Qız oğlanın və ya oğlan qızın var-dövlətinə görə ailə qurur. Burada təbiiki nə uyğunluqdan, nə də sevgidən söhbət gedə bilməz”.

Şəhər sakini Qüdrət Fətullayev: “Məncə ailə qurmaq üçün sevgi daha vacibdir. Keçmiş dövrdə nənə-babalarımız deyir ki, filankəsi mənim üçün aldılar məndə ailə qurdum. Ancaq indi dövr dəyişib. İndi müasir texnologiya dövrüdür. Dövr dəyişdikcə insanlarda dəyişir. Ona görə hesab edirəm ki, sevgi daha vacibdir”.

Şəhər sakini İlqar Nəcəfov: “Ailədə uyğunluq daha önəmlidir. Hansısa filosof deyib ki, sevginin müddəti 3 ildir. 3 ildən sonra sevgi bitir. Ona görə də uyğunluq daha vacibdir. Birdə ailədə hörmət və qayğı olmalıdır. Ola bilər ki, nə vaxtsa sevgi keçsin ancaq hörmət və qayğı qalmalıdır. Çünki ailəni saxlayan hörmət və qayğıdır”.

Şəhər sakini Elmira Bayramova: “Hesab edirəm ki, ailədə həm sevgi, həm də hörmət vacibdir. Hörmətdə sevgidən yaranır. Yəni bir insan sevirsə hörmət edir. Münasibətlərin mənbəyi sevgidir. Mənim üçün sevgi vacibdir. Çünki hər şey sevgidən gəlir. Sevgi olanda ailə daha möhkəm olur. Sevgisiz münasibət ola bilməz. Ailənin kökündə sevgi durur”.

Şəhər sakini Aylin Həsənova: “Ailədə sevgi olanda uyğunluqda olur. Cütlüklər bir-birini sevəndə çalışır ki, bir-birinə kömək etsin. Bir-birlərinin hər hansısa bir problemlərini həll etsinlər. Ancaq cütlüklər arasında sevgi olmayanda problemləri bir-birlərinə danışmırlar. Ümumiyyətlə bir-birləri ilə ünsiyyətdə olmurlar. Ona görə də sevgi mütləqdir. Sevgi olmayan ailə davamlı ola bilməz. Yəni ailədə sevgi yoxdursa qısa müddətdə boşanırlar”.

Şəhər sakini Sevil Varton: “Ailədə təbiiki sevgidə, uyğunluqda vacibdir. Əgər cütlüklər arasında uyğunluq yoxdursa, sevgi olmur. Bunların hər ikisi yoxdursa ailə qurmaq mümkün deyil. O cütlüklər ailə qursalarda bu ailə demək deyil. Cütlüklər bir-birilərinə anlayış göstərməlidirlər. Cütlüklər arasında sevginin olması şərtdir. Sevib ailə qurmayan cütlüklərin sonu xoşbəxtlik ola bilməz. Mən tövsiyyə edirəm ki, gənclərimiz sevmədikləri adamla ailə qurmasınlar”.

İlkin Məmmədkərimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri