Icma.az
close
up
RU
Ailə həyatı, yoxsa karyera..? SORĞU

Ailə həyatı, yoxsa karyera..? SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Karyera, yoxsa ailə həyatı deyə bir sual hər zaman insanları düşündürüb, bu mövzu həmişə aktual olub və aktual olaraq da qalır. Bir sözlə, insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də məhz ailə və karyeradır. Heç şübhəsiz ki, karyera insan həyatında çox önəm kəsb edir və ehtimal ki, insanları da seçim qarşısnda qoyan məhz budur. Etiraf edək ki, bu seçimə qarşı yanaşma da fərqlidir və cəmiyyətimizdə insanlar da bununla bağlı fərqli düşüncəyə malikdirlər. Bu məsələ ilə bağlı SİA-da şəhər sakinlərinin fikrini öyrənməyə çalışıb.

Şəhər sakini Rüstəm Cəfərov: "Ölkəmizə son illərdə baxanda görürük ki, insanların artıq evlilikdən çox karyeraya üstünlük verməkləri məncə ağıla batan fikrdir. Artıq insanlar evləndiklər zaman bunun nəticələrinin necə olacaqını bilmirlər. Amma insanların karyeraya doğru yönəlmələri, onlar üçün daha geniş qapılar açır. Karyera insanın həyatında yeni dəyişikliklər yaradır, yeni insanlarla tanış olmaq üçün fürsətlər yaradır. Ancaq gənclər gənc yaşında evləndiyi zaman müəyyən fəsadlar yarana bilir və həmin ailə tezliklə sonlana bilir. Lakin gənc yaşda ailə quran şəxslərdə xoşbəxt ola bilirlər. Bilirsiniz ölkəmizdə və cəmiyyətimizdə elə şeylər baş verir ki, artıq insanlarda artıq bir-birinə inamda qalmayıb. İnsanların bir-birinə inanması üçün gərək əvvəl ki, kimi insanların inamını və etibarını bərpa etmək lazımdır. Karyera dedikdə isə onu deyə bilərəm ki, elə insanlar var ki, karyerasına 30 yaşdan sonra da, başlaya bilər. Məsəl üçün qarşısına yaxşı fürsət çıxır və bunuda dəyərləndirərək karyerasına başlayır. Və işlədikcə görür ki, karyera evlilikdən daha maraqlıdır".

Şəhər sakini Ruqiyyə Əsədli: "Mən hər ikisini eyni anda, eyni formada aparacağımı düşünürəm. Çünki ailə həyatıda qurub, karyeranıda yönətmək olar. Düşünmüyün ki, əsl məqsədim bu yaşda ailə həyatı qurmaqdır. Yəni fikrimi bildirmək istəyirəm ki, hər ikisini yəni həm karyeranı, həm də ailə həyatını idarə etmək öz əlimizdədir. Mənim fikrimcə hər bir qadında hər ikisini idarə etməlidir. Amma hamınında öz şəxsi fikri var. Lakin hər ikisini idarə etmək mənim düşüncəmlə ola bilər. Amma ailə həyatın ikinci plana atanlarda olur. Sırf karyerasını düşünənlərdə var. Bunun səbəbi isə uşaqlıqdan gələn travmalarla bağlıdır. Çünki özü də keçmişdə ailə basqısı görmüş, özüdə gələcəkdə ailəsi kimi olacaqından qorxduğu üçün ailəni ikinci plana sala bilir".

Şəhər sakini Çingiz Quluyev: "Bəli düzdür indi ki, dövrdə karyera lazımdır. Lakin karyra ilə yanaşı birinci növbədə ailəni ön plana çəkmək lazımdır. Qızlarımız daha çox karyera dalınca gedirlər. Artıq zaman keçdikdən sonra görürlər ki, artıq müəyyən bir yaşa gəlmiş lakin ailə həyatı qura bilməmişdir. Onda ayılırlar ki, hələ də ailə qurmamışam və bir zamandan sonra anlıyırlar ki, ailə qurmaq lazımdır. Bilirsiniz ailə qurmaq lazımdır ki, bir zamandan sonra övlad dünyaya gəlir, gənc yaşında ailə qurub, öz ailəsi, evinin olması vacibdir. Düzdür karyera vacibdir. Amma karyera sənə maneəçilik törətmir ki, sən ailə qurmaq fikrindən daşınasan.Elə bir seçim etməlisən ki, gələcək də, həyat yoldaşın sənin karyerana mane olmasın. Həm karyeranı davam etdir, həm də ailənə vaxt ayır".

Şəhər sakini Nərmin Əliyeva: "Mənim fikrimcə də, karyera və ailə bərabər şəkildə getməlidir. Burada ailə basqısıda çox önəmlidir. Hansı ki, ailə nə qədər övladına dəstək olursa, o zaman təbii ki, öz karyerasını qurmaq üçün daha üstün tutar. Şəxsən mənim üçün ailə üstündür. Amma karyeramıda onunla bərabər aparmağa çalışıram ki, balans yaransın. Bilirsiniz hal hazırda müassir dövrdür. Yəni evdən də iş aparmaqda mümkündür. İstəsək evdən də, işimizi apara bilərik və işimizi idarə edə bilərik".

Şəhər sakini Adil Məmmədov: "Mənim fikrimcə bu, çox maraqlı və eyni zamanda mürəkkəb bir sualdır, çünki hər iki tərəf fərqli həyat yolunu təmsil edir və insanların bu barədəki fikirləri çox müxtəlifdir. Kareyra və evlilik arasında seçim etmək məsələsi, xüsusilə şəxsi prioritetlərə, mədəniyyətə, sosial şəraitə və həyat tərzinə bağlı olaraq dəyişir. Bir tərəfdən, karyera çox insan üçün əsas prioritetdir. Yüksək təhsil, peşəkar inkişaf, maliyyə müstəqilliyi və özünü təmin etmə kimi məqsədlər uğrunda işləyən insanlar karyeralarını ən vacib amil hesab edirlər. Onlar üçün iş və peşəkar uğurlar həyatın əsasını təşkil edir. Həmçinin, modern cəmiyyətdə qadınların və kişilərin peşə həyatında daha fəal olması, sosial status və şəxsi inkişafı daha çox əhəmiyyətli etməyə başlayıb. Belə insanlar, karyeralarını qurduqdan sonra evlilik və ailə məsələlərini də nəzərdən keçirə bilərlər".

Şəhər sakini Gülnar Ağayeva: "Əslində, hər iki yol da insanların həyatında əhəmiyyətli rol oynaya bilər. Əgər şəxslər karyera və evlilik arasında müvafiq balansı tapa bilərlərsə, onlar həm peşəkar, həm də şəxsi həyatda uğurlu ola bilərlər. Bu, əsasən şəxsi seçimlərdən və insanların həyatdakı məqsədlərindən asılıdır. Bəzi insanlar əvvəlcə karyeralarını qurmaq istəyir və sonra ailə həyatı qurmağı düşünürlər, digərləri isə əvvəlcə ailə qurmağa üstünlük verir, sonra karyera istiqamətini müəyyənləşdirirlər. Hər iki yanaşma da normaldır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see422

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see320

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see306

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see304

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see297

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see279

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see275

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see275

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see273

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see268

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see263

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see261

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see254

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see251

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see243

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see238

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see233

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see229

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see215

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri