Icma.az
close
up
RU
İdeal ailə necə olmalıdır? SORĞU

İdeal ailə necə olmalıdır? SORĞU

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ona görə də xalqın və dövlətin bu əsas dayağı qətiyyən layihəsiz və plansız qalmamalıdır. Çünki bu məsələdə azacıq laqeydlik və biganəlik bütün xalqa qarşı laqeydlik və biganəlikdir. Bu səbəbdən də biz ailəyə ciddi yanaşılmasının vacibliyinə inanır və bunu çox əhəmiyyətli görürük. Bəs ideal ailə necə olmalıdır? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini, şair, həkim, ictimai xadim, Zakir Ağdamlı: "İdeal ailəni indiki zamanda təsəvvür etmək ümumiyyətlə çətindir. Ailə elə olmalıdır ki, bir-birlərini başa düşsünlər, güzəştə getməyi bacarsınlar. Mədəni, anlayışlı kimi təsəvvür edirəm. Yaxşı olar ki, savadlı olsunlar və başa düşüb, güzəşt etməyi də bacarsınlar".

Şəhər sakini Sevda Tarıverdiyeva: "Cütlüklər gərək bir-birinə güzəşt etsinlər. İki gün tanıdığın birinə ərə getmək də lazım deyil. Qarşı tərəfin xasiyyətini öyrənməlisən ki, sənə uyğundur, yoxsa yox. Həm də dözümlü olmaq lazımdır. Sözünüz düz gəlməyəndə yığışıb ata evinə getmək düzgün deyil. Elə ailələr möhkəm olur ki, qız bilir ki, onun yaxşı şəraiti yoxdur, oğlan ona yaxşı həyat verir, güzəştə gedir, nə istəyirsə edir. Sözlər düz gəlməyəndə belə şeylər üstündə ailəni dağıtmaq olmaz. İndiki qızlar ərə gedir ki, oğlan onları restorana aparsın, xaricə göndərsin, paltar, maşın alsın. Ər bunun üçün deyil. Ər onun üçündür ki, ailə başçısı olsun, ona hörmət etsinlər, uşaqların atası olsun. Gərək bir-birinizi başa düşəsiniz".

Şəhər sakini Rasim İmanov: "İdeal ailə belədir ki, gərək övlada qarşı çox mülayim olmayasan. Qəddar olasan. O zaman övlad xoşbəxt ola bilər. Yoxsa, "anan qurban, atan qurban" deməklə sonu yaxşı olmur. Gərək övladın hər dediyini etməyəsən, zəhmətə alışdırmalısan".

Şəhər sakini Banuçiçək Abdullazadə: "Ümumiyyətlə, ailə strukturunda hörmət mütləq şəkildə olmalıdır. Bir-birinə hörmət, anlayışla qəbul etmək və sevgi olmalıdır. Mənə elə gəlir ki, hörmət olmayan yerdə sevgi də olmaz. Bundan başqa hər baxımdan, ailəyə, böyüklərə, kariyeraya, düşüncələrə, xəyallara olan hörmət vacibdir. Mənə görə ideal ailədə heç bir zaman bir tərəfin xəyalları puç olmamalıdır. Ailə həyatı qurmaq xəyalların puç olmasına gətirməməli, hədəfləri ləğv etməməlidir. Ailə həyatı hədəflərə birlikdə addımlamaqdır. İnsanlar bir-birini anlayışla qəbul etsələr, əvvəlcədən xəyallarını bölüşsələr, evləndikdən sonra bu problemlərlə üzləşməzlər. Çünki bir-birinə bələd olacaqlar. Beləliklə, boşanmaların sayı azalacaq".

Şəhər sakini Nüşabə Osmanova: "Həyat yoldaşı, qadın və kişi bir-birini başa düşməlidir. Uşaqların yanında pis münasibətdə olmamalı, acı sözlər işlətməməlidir. Mehribanlıq olmalıdır. İndi həyat dəyişib, gənclər hər şeylə ayaqlaşa bilmirlər. Ailə dolana bilməyəndə söz-söhbət yaranır. Yaxşı dolansalar, söz-söhbət də olmaz".

Şəhər sakini Kəmalə Ağazadə: "Mənim fikrimcə, qarşılıqlı hörmət, bir-birinin sərhədlərini keçməmək şərti ilə ideal ailə modeli qurula bilər. İdeallıq deyə bir şey yoxdur. Əsas odur ki, bir-birinin mənfisini, səhvini qəbul etsinlər, ona uyğunlaşsınlar. Qarşı tərəfi dəyişdirmədən yaşamaq lazımdır. Əgər sevib seçmisənsə, niyə kiminsə xarakterini dəyişəsən".

Şəhər sakini, ehtiyatda olan tibb xidməti mayoru İlham Şəbiyev: "İdeal ailə belə ola bilər ki, qadın və kişi bir-birini başa düşsünlər, güzəştə getsinlər. Birinin səhvi olanda digəri onu bağışlamalıdır. Ancaq yenə də son qərarı kişi verir. Evdə ağsaqqal kişi olmalıdır. Son vaxtlar fikir ayrılıqları çoxdur. Ailədə bir-birini başa düşməlidirlər ki, övladlar da gələcəkdə ana və atasını ziddiyyətli görməsin, travmalı böyüməsinlər".

Şəhər sakini Zöhrab Sadıqov: "İdeal olaraq yalnız Allahı görürəm. Mükəmməllik yalnız ona məxsusdur. Sadəcə olaraq bir-birini yola vermək, anlayışlı olmaq, başa düşmək lazımdır. Çox çətinə salmaq lazım deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri