Icma.az
close
up
RU
Ailədaxili münasibətlərin formalaşmasında islam mənəvi dəyərlərin rolu

Ailədaxili münasibətlərin formalaşmasında islam mənəvi dəyərlərin rolu

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İslam mənəvi dəyərləri milli kimliyimizin formalaşmasında əsas komponentlərdən biridir. Azərbaycan cəmiyyətinin mikro modeli olan Azərbaycan ailəsi milli kimliyimizin qorunub saxlanılmasında əsas bazis funksiyasını daşıyır. Xalqımızın milli və dini dəyərələri məhz Azərbaycan ailəsində formalaşmağa başlamışdır. Tarixin müəyyən dövrlərində islam dəyərləri müxtəlif şəkildə təzahür edib. Bu gün Azərbaycan ailələrində böyüyə hörmət, valideyn-övlad münasibətləri, yardımlaşma, qadınlara verilən ülvi dəyər, ata haqqı, soy-kökə sadiqlik, halal-haram anlayışı, əxlaq və s. mənəvi dəyərləri bilavasitə islam dünyagörüşü ilə bağlıdır”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinəgörə, övladlara qoyulan dini adlar, ana haqqında deyilən ibrətamiz məsəllər (“cənnət anaların ayağı altındadır”) və s. kimi tövsiyəverici Quran kəlamları öz dəyərini heç vaxt itirməmişdir: “İslam əxlaqı insanın mənəvi aləmində olan nasazlıqları müalicə edər, onu saflaşdırar rəzil və çirkin xislətlərdən təmizləyib cəmiyyət üçün faydalı, pak bir üzvə çevirmək məqsədi güdər. İslam dininin tələblərinə görə hər bir insanın ailə qurub övlad sahibi olması vacib bir əməldir. Dini dəyərlər fonunda ailə tərbiyəsi, şəxsiyyət, mühit və psixi inkişaf konsepsiyaları arasında ahəngin olması saglam və savadlı cəmiyyətin bariz nümunəsidir”. Psixoloq həmçinin vurğulayıb ki, hər bir adət və ənənə müəyyən əxlaqi dəyər daşıyır. İslam əxlaqı da, bəşəri hisslər təbliğ etməklə ailədaxili münasibətlərin qoruyucusu olmuşdur: “Olduqca şərəfli, məsuliyyətli, mürəkkəb ailə modelinin qorunub saxlanması çətin prosesdir. Ailədaxili konfliktlər, ailə münasibətlərinin ahəngi pozulduğu zaman yaranır. Psixologiya elmində ailədaxili münasibətlərin pozulmasının episentrini, məhz rolların uyğunlaşmaması, ünsiyyət kasadlığı, xarakter və temperamentin uyuşmaması, həmçinin milli kimlik və milli dini dəyərlər sisteminin pozulması emosional və iradi sferanın laxlaması və s. kimi xüsusiyyətlər təşkil edir. Ailədaxili münaqişələr, əksər boşanmalar məhz bu faktorlardan qaynaqlanır. Bir qisim cütlüklərdə inamsızlıq, qarşılıqlı anlaşmanın pozulması, daxili senzuranın idarə olunmaması, xəyanət, ailədaxili münasibətlərin gərginləşməsinə və əxlaq normalarının pozulmasına gətirib çıxarır. Ər və arvadın şəxslərarası münasibətlərinin pozuqluğu onların əxlaq normalarına latent (gizli) fazada təsir göstərir. Həmçinin bu durumdan ailədə böyüyən uşaqlar çox böyük psixoloji travma ilə üzləşirlər və böyüdüyü qeyri-sağlam ailə mühitinin gələcəkdə daşıyıcısına çevrilirlər. Müasir Azərbaycan ailəsi öz yaranış və inkişaf modelini çağdaş dini-milli dəyərlər sistemi üzərində formalaşdırsa, gələcək nəsillər intellektual baxımdan kamil, fiziki sağlam, psixoloji olaraq hazırlıqlı şəxsiyyətlərlə zənginləşər”, - deyə psixoloq Yeganə Əsgərova fikrini yekunlaşdırıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Yanvar 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri