Icma.az
close
up
RU
Ailədə yükü çəkən qadınlardı, yoxsa kişilər? SORĞU

Ailədə yükü çəkən qadınlardı, yoxsa kişilər? SORĞU

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Cəmiyyətimizdə illərdir müzakirə olunan məsələlərdən biri də ailə daxilində məsuliyyət bölgüsüdür. Bəs görəsən, bu gün ailədə əsas yük kimlərin üzərindədir – qadınların, yoxsa kişilərin? Bu sual ətrafında SİA-nın əməkdaşı vətəndaşların fikirlərini öyrənməyə çalışıb.

Şəhər sakni Məmməd Heydərov: "Əlbəttə, ev işləri qadının üzərindədir. Amma bu, belə olmamalıdır. Elə ailə var ki, qadın kişidən də çox qazanır. Cəmiyyətin içində hər cür insan var. Amma eləsi də var ki, kişi arvadı qoyur, gedir. Qadın həm işləyir, həm dolanışığı təmin edir, həm də ailəsini saxlayır. Mənim qonşuluğumda belə bir qadın var. Onun kişisi alkoqolik idi. Hər şeyi dağıtdı. Nə bilim, çox şeyləri dağıtdı. Neyləsin, qadın məcbur qaldı. Üç oğlu var, hamısını böyüdüb, boya-başa çatdırıb. Ona görə də mənim fikrimcə yük qadınların üzərinə daha çox düşür".

Şəhər sakini Ramil Şamilov: "Bu məsələyə bir çox bucaqdan baxmaq olar. Məsələn ev daxili məsələlərə baxsaq, bu o deməkdir ki, ev yükü düşür xanımların üzərinə. Amma iş baxımından və evi dolandırmaq baxımından və madiyyat baxımından bəylərində üzərinə çox yük düşür. Amma elə xanımlarda var ki, hər bir yükü öz üzərlərinə götürürlər və kişilərdə evdə oturur. Mən elə xanımları alqışlayıram və elə kişiləridə şiddətlə qınayıram. Lakin dünya üzrə ümumi olaraq götürsək yük düşür bəylərin üzərinə. Amma rayon və kənd yerlərinə baxsaq görürük ki, orada olan xanımlar sahələrdə çalışırlar, müxtəlif işlərdə işləyirlər, lakin bəylər səhərdən axşama qədər boş-boş gəzirlər. Mən buna da çox pis baxıram. Ya həmin bəylər yoldaşlarına yardım etməlidirlər, onlara dəstək olmalıdırlar, yada heç xanımlar sahələrdə çalışmamalı bəylər işləməlidirlər".

Şəhər sakini Leyla Məmmədova: "Ailədə ümumiyyətlə belə baxanda əlbətdə qadının rolu çox böyükdür, yüklüdür və ağırdır. Çünki qadın həm ev işlərini görür, həm uşaqa baxır, yeməy hazırlayır, paltarları yuyur və s. o qədər işlər görür ki, bununda nəticəsi olaraq yük biz xanımların boynunda olur. İndi ki, dövrdə onu da qeyd edim ki, xanımlar həm ev işini görür, həm də hardasa işləyir. İndi ki, dövrdə Həm kişidə işləməlidir, həm də qadınlar yoxsa dolanışıq çox çətin olur. İndi işləməmək mümkün deyil. Ona görə, belə baxanda indi ki, ailələrə nə kömək eliyə bilər? Münasibətlər, mehribançılıq, kişi və qadının bir-birinə olan məhəbbəti, hörməti və anlayışı. Ayrı cürə mümükün deyil".

Şəhər sakini Məhərrəm Rzayev: "Ailədə ən çox yük düşən, yükü çəkən kişilərdir. Bununda səbəbi ondan ibarətdir ki, kişi çöldə əziyyət çəkib pul qazanır, ailəsini saxlayır, evdə də qadın uşaqlarına baxır. Amma ikisidə qarşılıqdır. İkisinində üzərində bir- birlərinə haqqı var. İkisidə çalışırlar ki, övladlarına yaşı həyat bəxş eləsinlər, onlara təhsil versinlər, boya-başa çatdırsınlar və ağ günə çıxarsınlar. Mən özüm rayon yerində yaşayıram. Bura qonaq gəlmişəm. Goranboy rayonunda yaşayıram. Biz yoldaşımla ömrümüz boyu çalışmışıq ki, uşaqlarımızı boya-başa çatdıraq onlara daha yaxşı həyat bəxş edək. Rayon yerində düzdü bu biraz çətindi. Amma biz bunu mənim fikrimcə bacarmışıq. Amma yenə də, sonda qeyd etmək istəyirəm ki, ailədə yükü çəkən, ailəni saxlayan kişidir".

Şəhər sakini Nazilə Heydərova: "Bu gün cəmiyyətdə qadınlar həm işləyir, həm də evə gəldikdən sonra ikinci bir növbə kimi ev işlərini görürlər. Uşağın dərsi, yemək, təmizlik, qonaq-qarşılayan da qadındır. Bəzi kişilər düşünür ki, çörəkpulu gətirməklə işləri bitir. Amma qadının gördüyü işlər gündəlik və dayanmadan davam edən prosesdir. Məncə, qadınların çiynində həm fiziki, həm də emosional yük daha çoxdur. Onlar həm analıq, həm həyat yoldaşı, həm də evdar qadın və işləyən insan rolunu eyni anda oynayırlar".

Şəhər sakini Müslüm Müslümov: "Mənim fikrimcə qadının haqqı hər zaman tapdalanır və yeyilir. Qadın hər zaman və hər bir evin sütunudur. Kişinində öz vəzifələri var. Amma qadının vəzifələri daha çoxdur və böyükdür. Çünki qadın uşaq böyüyüdür. Uşaqada əsas tərbiyəni qadın yəni ana verir. Demirəm kişilərində əziyyəti böyükdür. Onlarda işləyirlər evlərinə çörək aparırlar, yorulurlar. Lakin yenədə qeyd etmək istəyirəm ki, qadının zəhməti və yükü çoxdur".

Şəhər sakini Səkinə Əliyeva: "Mən orta yaşlı bir qadın olaraq həm keçmişi, həm bu günü yaxşı görürəm. Bizim dövrdə kişilər ailəni dolandırır, qadın isə evdə uşaq böyüdürdü. Amma indi hər şey dəyişib. İndi qadınlar həm işləyir, həm uşaqlara baxır, həm də evə baxır. Kişilər isə bəzən ev işlərinə qarışmır, “mən işləyirəm” deyib bir kənara çəkilir. Halbuki qadın da işləyir. Mənə görə, hazırda ailənin yükünü daha çox qadınlar daşıyır. Təbii ki, istisnalar var. Kişilər arasında da məsuliyyətli, hər şeyə dəstək olanlar az deyil. Amma ümumi mənzərə belədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 İyul 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri