Emin Salmanov Xankəndidə kövrəldi: “Bu şəhərin hər qarışı mənə doğmadır”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Veteran futbolçu Emin Salmanov 38 ildən sonra doğma şəhəri Xankəndiyə qayıdaraq uşaqlıq və gənclik illərini keçirdiyi stadionda yaşadığı hisslərdən danışıb.
İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə gələn sabiq futbolçu Birinci Liqanın 8-ci turunun “Xankəndi” - “Karvan-Yevlax” qarşılaşmasından əvvəl təəssüratlarını bölüşüb.
Salmanov doğma stadionuna qayıtmağın onun üçün unudulmaz hadisə olduğunu bildirib:
“38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmaq çox qürurvericidir. Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik”.
Veteran futbolçu uşaqlıq illərində yaşadığı evin stadiona yaxın olduğunu da xatırlayıb:
“Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda – heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var”.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda keçirilən “Xankəndi” - “Karvan-Yevlax” qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Noyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















