Icma.az
close
up
RU
“Əsas meyar yaş deyil, peşəkarlıqdır” Deputatdan Məleykə Abbaszadəyə dəstək

“Əsas meyar yaş deyil, peşəkarlıqdır” Deputatdan Məleykə Abbaszadəyə dəstək

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Bu gün cənab Prezident İlham Əliyevin Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi ilə bağlı imzaladığı sərəncamı çox dəyərli və əhəmiyyətli bir addım hesab edirəm. Bakı Dövlət Universiteti 100 ildən artıq tarixə, zəngin elmi ənənələrə və dövlətçilik tariximizdə xüsusi yerə malik ali təhsil ocağıdır. Hesab edirəm ki, Məleykə Abbaszadənin bu nüfuzlu təhsil müəssisəsinə rektor təyin olunması universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir dövrün tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanmasına və BDU-nun beynəlxalq nüfuzunun daha da artırılmasına mühüm töhfə verəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov feysbuk hesabında yazıb.

"Qeyd etmək istəyirəm ki, bir deputat və ya vətəndaş kimi Məleykə xanımla indiyədək şəxsi tanışlığım və ünsiyyətim olmayıb. Bu da təbiidir, çünki fəaliyyət sahələrimiz fərqlidir. Eyni zamanda, bu fikirləri səsləndirməyim üçün heç kimdən hər hansı xahiş və ya tövsiyə almamışam. Sadəcə, bu təyinatı yüksək dəyərləndirdiyim üçün bir vətəndaş kimi öz mövqeyimi ifadə etməyi özümə borc bildim.
Məleykə xanımın Dövlət İmtahan Mərkəzinə rəhbərlik etdiyi dövrdə bu qurumun fəaliyyətini diqqətlə izləmişəm. Həmin illərdə onun rəhbər kimi fəaliyyəti məndə müsbət fikir formalaşdırıb.

Məlumdur ki, Dövlət İmtahan Mərkəzi yaradılana qədər ali məktəblərə qəbul prosesində şəffaflıqla bağlı müəyyən problemlər mövcud idi. Bilik və bacarığı olan abituriyentlərin bəzən müxtəlif neqativ hallara görə layiq olduqları yerləri əldə edə bilməməsi cəmiyyətdə narahatlıq doğururdu. Dövlət İmtahan Mərkəzinin yaradılması ilə qəbul prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində mühüm dəyişikliklər baş verdi. Bilik əsas meyara çevrildi və abituriyentlərin öz biliklərinə uyğun ali təhsil müəssisələrinə qəbul olunması üçün daha etibarlı sistem formalaşdı.
Mənim müşahidələrimə görə, Məleykə Abbaszadənin rəhbərliyi dövründə bu prinsipial yanaşma və obyektivlik qorunub saxlanıldı".

Millət vəkili hesab edir ki, dürüstlük ilk növbədə rəhbərin öz vəzifəsinə məsuliyyətli münasibətinin, idarəetmə prinsipiallığının və peşəkarlığının nəticəsidir:

"İnanıram ki, Məleykə xanım universitet rəhbəri kimi də həmin idarəçilik təcrübəsini, tələbkarlığı və obyektivlik prinsipini Bakı Dövlət Universitetində tətbiq edəcək. Universitetdə elmi mühitin gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, akademik dürüstlüyün qorunması və müasir idarəetmə standartlarının tətbiqi istiqamətində yeni uğurlara imza atılacaq".

O qeyd edib ki, sosial şəbəkələrdə onun yaş amilini əsas gətirərək bu təyinata fərqli yanaşanlara da rast gəlinir:

"Lakin hesab edirəm ki, belə mühüm və məsuliyyətli vəzifəyə təyinat zamanı əsas meyar insanın yaşı deyil, onun peşəkarlığı, idarəetmə təcrübəsi, prinsipiallığı və qazandığı ictimai etimad olmalıdır.

Bakı Dövlət Universiteti bizim üçün sadəcə ali təhsil müəssisəsi deyil, milli elmimizin və təhsil tariximizin mühüm sütunlarından biridir. Bu müqəddəs təhsil ocağına yüksək idarəetmə bacarığına, zəngin təcrübəyə və təmiz fəaliyyət nümunəsinə malik bir şəxsin rəhbər təyin olunması universitetin yeni dövrün çağırışlarına uyğun inkişafına, elmi və tədris fəaliyyətində yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq.
Məleykə Abbaszadəni bu məsuliyyətli və şərəfli təyinat münasibətilə təbrik edir, ona Bakı Dövlət Universitetinin inkişafı, elmi potensialının gücləndirilməsi və nüfuzunun daha da yüksəldilməsi istiqamətində uğurlar arzulayıram. İnanıram ki, bu təyinat Bakı Dövlət Universitetinin tarixində yeni və uğurlu bir mərhələnin başlanğıcı olacaqdır".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri