Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Ailəlikcə atamın seçki prosesinə qatılmağını istəmirdik Nihad Yaqublu

Ailəlikcə atamın seçki prosesinə qatılmağını istəmirdik Nihad Yaqublu

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Son vaxtlarda gərgin iş rejimi ilə bağlı, xüsusilə isti havalarda özünü yaxşı hiss etmirdi"


“Zəngilana gedib, sakinlərlə görüşüb, hətta ermənilərin viran qoyduğu qəbiristanlığa yollanıb, nənəsinin qəbrini tapıb ziyarət edib və sonda...”

 Bu gün bir alimi, ömrünü Azərbaycan dövlətçiliyinin çox önəmli bir dövrünü - cümhuriyyətimizin tarixini, “heçdən bir dövlət yaradanlar”ın həyatını, siyasi, ictimai fəaliyyətlərini, ilmə-ilmə araşdırıb tədqiq etmiş insanı – Nəsiman Yaqublunu yad edirik. Nəsiman bəy tədqiqatçı alim, elmlər doktoru, professor idi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, cümhuriyyətimizin qurulmasında müstəsna xidmətləri olmuş, canlarını bu müqəddəs savaş uğruna fəda etmiş görkəmli şəxsiyyətlərin həyatından, Bakının qurtuluşu, Qafqaz İslam Ordusu, mühacirət dövrü, mühacirət mətbuatı və sair barədə çoxsaylı kitabların müəllifidir. 



Nəsiman bəy, həm də müəllim idi.  Bildiklərini, tarixi gerçəkləri tələbələrinə olduğu kimi çatdıran fədakar bir müəllim. Təsadüfi deyil ki, Nəsiman bəyin itkisinə ən ağrılı yanaşan, ürək yanğısı çəkən məhz tələbələri oldu. Tələbənin müəllimini ehtiramla yad etməsi, bizcə, o şəxsin həyatda ləyaqətli ömür sürdüyünə ən gözəl sübutdur.  

Məlumdur ki, Nəsiman bəy deputatlığa namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən, 2024-cü il, 25 avqust tarixində idarə etdiyi "Nissan" markalı avtomobillə Cəbrayıl rayonu ərazisində hərəkətdə olan zaman idarəetməni itirib və maşın yol kənarına aşıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Füzuli xəstəxanasına çatdırılan Nəsiman bəyin həyatını, həkimlərin bütün səylərinə baxmayaraq, təəssüf ki, xilas etmək mümkün olmayıb.    


Nəsiman Yaqublunun Haqqa qovuşmasının ildönümündə, övladı Nihad bəylə əlaqə saxladıq. Ata itkisiylə bağlı danışmaq, əlbəttə çətin idi, amma Nihad bəy xahişimizi yerə salmadı. 


- Nihad bəy, atanızın necə zəhmətsevər olduğu məlumdur. Onu iş masası arxasında, daim çalışan görürdünüzmü? Məlum məsələdir, arxivlərdə işləmək, tədqiqat aparmaq, bunların hamısına zaman lazımdır. 


- Bəli, əlbəttə. Atam çox zəhmətkeş və çalışqan bir insan idi. Bütün həyatını ailəsinə və işinə həsr etmişdi. O, cümhuriyyət və mühacirət dövrü haqqında mühüm, hərtərəfli araşdırmalar aparmışdı. Atam hadisələri bütün təfərrüatı ilə araşdırmaq, tarixi tam şəkildə, necə var, elə öyrənib insanlara çatdırmaq istəyirdi. Buna görə də tez-tez xarici ölkələrdə arxivlərə gedir və ya hadisələrdə iştirak etmiş şəxslərlə birbaşa əlaqə saxlayıb olayları onların öz dilindən dinləyirdi. Hər zaman yeni bir məlumat tapmaq həvəsində idi.


- Ailəyə vaxt ayıra bilirdimi? Məsələn, ola bilər, siz, yaxud ailə üzvlərinizdən kiminsə bir işi, problemi olsun, harasa getmək istəyəsəniz. Atanız vaxt ayıra bilirdimi sizə, sırf işlərinin çoxluğu baxımından soruşuram.

- Bəli, hər zaman. Atam çox ailəcanlı insan idi. İşlərinin çoxluğuna baxmayaraq, sevgisini, diqqətini heç vaxt üstümüzdən əskik etməyib. Onun həyatı iş və ailə üzərinə qurulmuşdu. O, bütün uğurlarının mərkəzində ailəsini görürdü. Ailə ilə vaxt keçirdikcə rahatlıq tapdığını deyirdi. Hətta xarici səfərlərdə çox qalmağı xoşlamırdı, evdə həyat yoldaşı və uşaqları ilə bir olmağı sevirdi. Biz atamla ailəvi olaraq tez-tez birgə səfərlərə çıxar, gəzintilərdə olardıq.


- Ailədə neçə uşaqsınız?

- İki uşağıq, bir qız, bir oğlan. Mənim 30 yaşım var, subayam. Bacım ailəlidir, bir övladı var. İkimiz də ali təhsilliyik.


- Bəzən ailələrdə oğlan uşaqları ilə qız uşaqlarına münasibət fərqli olur. Qızlarına daha çox qayğı göstərir atalar. Atanızın aranızda fərq qoyduğunu hiss edirdisinizmi? Ümumiyyətlə, fərq qoyurdumu Nəsiman bəy? 

- Xeyr. Bunu heç vaxt hiss etmədim. Atam övladlarına münasibətdə heç vaxt fərq qoymayıb. 


- Nəsiman bəyin övladlarına məsləhəti, nəsihəti, tövsiyəsi əsasən nə idi?

- Atamın bizə sonsuz sayda dəyərli məsləhəti və tövsiyələri olmuşdu. Əsasən, hər gün idman etməyi, erkən oyanmağı, sağlam həyat tərzi keçirməyi və hər zaman irəliyə baxmağı tövsiyə edirdi. Keçmişdə baş verən bəd hadisələrə və ya səhvlərə görə təəssüf keçirməyin əbəs olduğunu vurğulayardı. Çünki onsuz da onu dəyişə bilməyəcəyik. “Keçmiş keçmişdə qaldı”, deyərdi. Deyərdi ki, hər zaman motivasiyalı və mübariz olmaq gərəkdir. Onda böyük həyat eşqi var idi.


- Atanızın sizin ixtisas seçiminizdə rolu olubmu? İstiqamət veribmi, yoxsa öz sevdiyiniz ixtisası, işi seçmisiniz?

- Mən siyasi elmlər üzrə fəlsəfə doktoruyam. Hazırda isə proqramlaşdırma təminatı üzrə işləyirəm. Amma atam çox azad ruhlu insan idi. Mənim seçimlərimə hər zaman hörmət edib, dəstəkləyib. İxtisas seçimimdə rolu olsa da, heç vaxt heç nəyə məcbur etməyib. 


- Seçki prosesində atanızın yanında olurdunuzmu? Ola bilsin, bu haqda danışmaq istəməzsiniz. İxtiyar sizindir. Seçki prosesində atanız özünə qarşı hər hansı formada təzyiqlər olduğunu deyirdimi? 

- Biz ailəlikcə atamın bu prosesə qoşulmasını istəmirdik. Anam da həmçinin, onun əlavə olaraq özünü yormasını istəmirdi. Çünki atam onsuz da çox işləyirdi, bu prosesdə daha çox yüklənib əziyyət çəkəcəyini bilirdik. Ona görə də istəmirdik seçki prosesinə qatılsın. O, elm adamı, tarixçi kimi çox böyük töhfələr vermişdi və önəmli araşdırmalar aparmışdı. Araşdırmalarına davam etməsini arzulayırdıq. Seçki hər zaman hər bir namizəd üçün gərgin keçir, odəfəki seçkilər də gərginlik baxımından əvvəlkilərdən fərqlənmirdi.


- Müəyyən məlumatlar yayıldı, qəzanın təşkil olunması ehtimalı irəli sürüldü bəzi şəxslər tərəfindən...


- Atam çox sağlam insan olsa da, son vaxtlarda gərgin iş rejimi ilə bağlı, xüsusilə isti havalarda özünü yaxşı hiss etmirdi. Bəzən təzyiqi aşağı düşüb gözü qaralırdı. Qəzadan bir həftə əvvəl istirahət üçün rayona getmişdik. Orada da maşın sürərkən özünü pis hiss etmişdi. Qəzanı gördüklərini söyləyən şəxslər də qəflətən maşının idarə etməni itirib aşdığını deyirlər. Həmingünkü hadisələrin gedişatı da buna işarə edir: o, adəti üzrə erkən oyanıb, idman edib, saatlarla maşın sürərək  Zəngilana gedib, orada bir neçə kəndə baş çəkib, sakinlərlə görüşüb, hətta ermənilərin viran qoyduğu qəbiristanlığa yollanıb, nənəsinin qəbrini tapıb ziyarət edib, gün boyu dincəlmədən hərəkətdə olub və Bakıya qayıtmağa tələsib. Qəza da bu zaman baş verib.


- Nihad bəy, atanız təkmi olub qəza zamanı?

- Bəli.


- Bilirəm, sizin üçün çox çətindir, o günü yada salmaq. Sizə məlumat nə zaman çatdı? Xəstəxanaya getdinizmi?...

- Bunları xatırlamaq mənim üçün çox ağırdır...


- Atanızın dostları ailənizlə, sizinlə əlaqə saxlayırlarmı?

- Ancaq bəziləri. Atamın vəfatından sonra kimin saxta, kimin həqiqi dost olduğunu gördüm.


- Nəsiman bəyin zəngin irsi qalıb. Tədqiqat əsərlərini Milli Arxiv İdarəsinə təhvil verməyi düşünürsünüzmü? Yoxsa özünüz qoruyub saxlayacaqsınız?

- Atam hələ öz sağlığında Milli Arxiv İdarəsində öz adına fond açıb, bir çox arxiv sənədlərini arxivə təqdim etmişdi. Bəli, bəzi sənədləri hissə-hissə, müvafiq qurumlara təqdim edəcəyik. Bəziləri isə xatirə kimi qalacaq.


“Şərq” qəzetinə və sizə atamı unutmadığınıza görə təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram. Amma atam sağ ikən hər önəmli tarixi hadisə səbəbilə zəng edib atamdan müsahibə alan media qurumlarının və jurnalistlərin bir çoxu, bəzi “dost” bildiklərimiz bu ildönümündə onu xatırlamadılar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri