Icma.az
close
up
RU
“Ailəmiz Türk dünyası”

“Ailəmiz Türk dünyası”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Məclisdə I Türkoloji Qurultayın yubiley döş nişanları təqdim olunub

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində əvvəlcə süni intellekt texnologiyası əsasında hazırlanmış “Ailəmiz – Türk dünyası” qısametrajlı filmi nümayiş etdirilib.

Daha sonra “Türk dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusunda panel sessiya keçirilib.

Panel sessiyada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam Azərbaycanda türkoloji irsə və Türk dünyasının ortaq dəyərlərinə verilən yüksək dövlət qayğısının təzahürüdür. Onun sözlərinə görə, bu sərəncam həm 1926-cı ildə Bakıda keçirilmiş tarixi qurultayın iştirakçılarının xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir, həm də müasir türkologiyanın inkişafına göstərilən diqqəti əks etdirir.

Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultayın ideyalarının XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsi mühüm vəzifələrdəndir. Bu baxımdan rəqəmsal türkologiyanın inkişafı, ortaq elmi layihələrin həyata keçirilməsi və türkoloji tədqiqatların müasir texnologiyalar əsasında aparılması xüsusi əhəmiyyət kəsb edir. O əlavə edib ki, AMEA Türk Akademiyası və qardaş ölkələrin elmi müəssisələri ilə ortaq tədqiqatlar, birgə nəşrlər və klassik irsin öyrənilməsi istiqamətində əməkdaşlığı genişləndirir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev çıxışında bildirib ki, bu gün Türk dünyası elm, mədəniyyət və düşüncə sahəsində ortaq məqsədlər naminə bir ailə kimi fəaliyyətini gücləndirir.

“Bizim dilimiz, tariximiz və coğrafiyamız fərqli ola bilər. Lakin bu fərqlər bizi ayırmır, əksinə ortaq sivilizasiyamızın zənginliyini təşkil edir”, – deyə Baş katib vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev qeyd edib ki, türk əməkdaşlıq təşkilatları indiyədək türk dövlətləri arasında inteqrasiyanın möhkəmləndirilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, mövcud geosiyasi şərait əməkdaşlığın yeni mexanizmlərlə inkişaf etdirilməsini tələb edir: “Əsas vəzifələrdən biri təşkilatlar arasında koordinasiyanın daha da təkmilləşdirilməsi və mövcud resurslardan daha səmərəli istifadə edilməsidir. Eyni zamanda, əməkdaşlıq mexanizmləri dövlətlərimizin inkişaf dinamikasına və yeni geosiyasi reallıqlara uyğunlaşdırılmalıdır”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında qeyd edib ki, yüz il əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, ziyalıları, dövlət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri ortaq gələcəyin müzakirəsi üçün Bakıda bir araya gəliblər. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultay yalnız dil və əlifba məsələlərinin müzakirə olunduğu tədbir olmayıb, eyni zamanda ortaq mədəni yaddaşın qorunması, tarixi irsin öyrənilməsi və türk xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişafına xidmət edən mühüm platforma kimi tarixə düşüb.

Panel sessiyanın sonunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunub.

Döş nişanlarını TÜRKSOY-un Baş katibi Sultan Raev akademiklər Rafael Hüseynova və Nizami Cəfərova təqdim edib. Daha sonra Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan nümayəndələri də xatirə döş nişanları ilə təltif olunublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri