Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ailəmiz türk dünyası

Ailəmiz türk dünyası

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elxan ƏLƏKBƏROV

Azərbaycan çox beynəlxalq qurumun üzvüdür: BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, başqaları da var. Amma hamının canına ən çox yatan Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyevin dediyi kimi, türk dünyası bizim ailəmizdir.

2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qədim Naxçıvan torpağında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdı. 2019-cu il sentyabrın 14-də Özbəkistan şuraya qoşuldu. 2021-ci il noyabrın 12-də qurum Türk Dövlətləri Təşkilatı adı aldı. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında müşahidəçidir.

İndiyəcən 11 Zirvə görüşü olmuşdu. 12-ci Zirvə görüşünə oktyabrın 7-də qədim yurdumuz Qəbələ ev sahibliyi elədi.

Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi Zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar yer almışdı.

Dövlət başçısı tədbirdəki çıxışında öncə bir məqamı qeyd etdi: "Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir".

Dünyanın sərt üzünü gördüyümüz bir şəraitdə, beynəlxalq hüququn işləmədiyi bir zamanda qanı qanımızdan, canı canımızdan olan doğmalara sarılmaq, onlarla çiyin-çiyinə dayanmaq qaçılmazdır, milli təhlükəsizlik məsələsidir. Cənab prezident Qəbələ zirvəsində bu məqamın üzərində xüsusi dayandı və vacib bir təklif verdi: "Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir".

İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpasına dəstək verən qardaş ölkələrə bir daha təşəkkür etməsi də yaddaşları təzələdi: "Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi - bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq".

Qazaxıstan prezidentinin Qəbələdəki çıxışındakı bir məqam çox yerinə düşdü. O, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin "Türkün türklə ədavətə haqqı yoxdur" sözlərini misal gətirdi və qeyd etdi ki, ağsaqqalların bu kimi sözlərini çox yüksək tutmalı və türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni etməliyik.

Türkiyə liderinin çıxışında da önəmli bir detal vardı: "Biz böyük türk dünyasını daha da gücləndirərək övladlarımıza miras qoyacağıq".

Türk dünyasının hər mənada daha da sıx toparlanmasına ehtiyac var. Ortaq əlifba bu baxımdan ən vacib məsələdir. Bu yaxınlarda Qarabağ Universitetinin elm şöbəsinin müdiri Elçin İbrahimovun "Türk dünyasında ortaq əlifba və ünsiyyət dili" adlı kitabı Türkiyədə nəşr olunub. Kitabda qeyd olunur ki, türk dünyasında əlifba və imla problemlərinin həlli sadəcə dil məsələsi olmaqdan çıxaraq həm də mədəni və strateji bir yanaşma kimi böyük əhəmiyyət kəsb edir, türklər arasında ortaq yazı sisteminin formalaşdırılması dildəki müxtəlifliyi qorumaqla yanaşı, bu müxtəlifliyin vahid bir platformada birləşdirilməsini də nəzərdə tutur.

Başqa bir vacib məsələ türk dünyasının təhlükəsizlik müstəvisində sıx inteqrasiyasıdır. 2021-ci il iyunun 15-i Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini nəzərdə tutan bəyannamə imzalanıb. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı təhdid, təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılacaq, təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə təşəbbüs həyata keçiriləcək, bir-birinə zəruri yardım göstəriləcək, müdafiə ehtiyaclarının ödənməsinə qərar veriləcək və Silahlı Qüvvələrin əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Məncə, bütövlükdə türk dünyası ölkələrinin oxşar bəyannamə imzalaması, gələcəkdə isə vahid ordu yaradılması üzərində düşünmək gərəkdir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, mədəni, idman sahələrində əlaqələri daha da sıxlaşdırmaq vacibdir. Məsələn, niyə Türk Oyunları və Türk Olimpiadası kimi yarış keçirilməsin?

Mən ulu türk yurdu Şuşada doğulub boya-başa çatmışam. Bizim böyüdüyümüz dövrün ab-havası fərqli olsa da, evdə türk ruhu ilə tərbiyə almışam. Birinci Qarabağ müharibəsində ölümünə vuruşub ağır yaralandım, təəssüf ki, həmin savaşda məqsədimizə çatmadıq, yurdumuz işğal altına düşdü.

Bakıda köçkün həyatı yaşadığımız zaman dünyaya göz açmış oğlum Hüseyni türk ruhu ilə böyütməyə çalışdım, yeni dövr də təsirini göstərdi və bir od parçası ərsəyə gəldi. Oğlum 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdi, cəbhənin ön xəttində yerləşən hərbi hissədə taqım komandiri, bölük komandiri vəzifələrində xidmət keçdi.

Baş leytenant, tank bölüyünün komandiri kimi Vətən müharibəsinin ilk günlərində Ağdərə istiqamətində düşmənin ön cəbhəsinin yarılmasında iştirak etdi. Ağır yaralansa da, zəfər qazandı.

Bu gün isə nəvələrimin zəfər qazanmış ölkədə türk ruhu ilə boy atmasına sevinirəm.

Sonda bir daha əvvələ qayıdır, prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə Türk Dövlətləri Təşkilatı barədə səsləndirdiyi sözləri xatırladıram: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri