Icma.az
close
up
RU
İlham Əliyevin bizim ailəmiz türk ailəsidir ifadəsi türk dünyası üçün bir yol xəritəsidir Jalə Əliyeva

İlham Əliyevin bizim ailəmiz türk ailəsidir ifadəsi türk dünyası üçün bir yol xəritəsidir Jalə Əliyeva

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Birləşmiş Millətlər Təşkilatının dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü olaraq qeyd etməsi çox əhəmiyyətli bir addımdır və bir çox vacib məqamlara işarə edir. Bu, türk dünyasının bugünkü əməkdaşlığının, birliyinin və inkişafının göstəricisidir. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə, türk dünyası çox böyük bir irəliləyişə imza atıb və bu birlik dünya səhnəsində getdikcə daha da möhkəmlənir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü olaraq qeyd etməsindən danışarkən bildirdi.

"Ötən il Milli Məclisdə keçirilən seçkilərdən sonra Prezident İlham Əliyevin parlamentdəki çıxışını xatırlayırıq. O, "bizim ailəmiz türk ailəsidir və bizim getdiyimiz yol da bu yoldur" deyərək, əslində türk dünyası üçün bir yol xəritəsi ortaya qoydu. Bu ifadə təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün çox əhəmiyyətli bir mesaj idi. "21-ci əsr türk əsridir" deyənlər yanılmayıblar, çünki bu dövrdə türk birliyinin güclənməsi, türk xalqlarının bir araya gəlməsi və beynəlxalq səviyyədə təsirli bir siyasət izləməsi çox vacibdir. Türk birliyi yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşmır, bu, dünya xəritəsinə yayılmış, kökləri və etnik mənsubiyyəti türk olan xalqların bir araya gəlməsi üçün həyata keçirilən fəaliyyətlər, siyasətlər və əməkdaşlıq nəticəsidir. Türk birliyi, eyni zamanda, dünya sülhü və rifahı üçün bir sığorta rolunu oynayır. Tarix boyu türk xalqları qurucu və yaradıcı olub, bu gün də dünya üçün əminamanlıq və bərabər hüquq istəyərək, həmişə ədalətə tərəfdar çıxıblar".

Millət vəkili qeyd etdi ki, türk dünyasının mədəni birliyi, bu xalqlar arasında həmrəylik və əməkdaşlığın güclənməsi, həmçinin, BMT tərəfindən Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi, türk birliyinin daha da möhkəmlənməsinə, dünyada daha geniş və dərin təsir gücünə sahib olmasına gətirib çıxarır.

"Bu günün təsis edilməsi, türk dünyasının gələcəyi üçün çox vacib bir mərhələdir və türk dilinin və mədəniyyətinin qorunması, yayılması üçün atılmış əhəmiyyətli bir addımdır. Bütövlükdə, türk dünyası birliyinin güclənməsi, həm regional, həm də beynəlxalq səviyyədə mühüm bir əhəmiyyət kəsb edir və bu günün qeyd edilməsi, bu əhəmiyyətli prosesin bir hissəsi olaraq, türk xalqlarının bir araya gəlməsini və ortaq dəyərlər üzərində birləşməsini təşviq edir", - deyə Jalə Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri