Icma.az
close
up
RU
Ailəsi həkim olmasını istəsə də, o, hərb sahəsini seçdi şəhid mayorun ömür yolu

Ailəsi həkim olmasını istəsə də, o, hərb sahəsini seçdi şəhid mayorun ömür yolu

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdam, 24 oktyabr, AZƏRTAC

Xalqımız Vətən müharibəsinin Qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını əsirgəməyərək ölümün gözünə dik baxan qəhrəman Vətən oğullarından biri də mayor Novruz Əsgərovdur.

AZƏRTAC-müxbiri xəbər verir ki, Novruz Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Ailəsi orta məktəbdə nizam-intizamı, oxumağı ilə fərqlənən Novruzun həkim olmasını istəsələr də, o hərb sahəsini seçib, canından çox sevdiyi Vətənə xidmət edib, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlib.

Bacısı Esmira Quliyeva Novruz haqqında xatirələrini bölüşərək deyib: “Novruz uşaqlıqdan çox fəal idi. Müəllimləri həmişə ondan razılıq edirdilər. Orta məktəb attestatında bütün qiymətləri əla idi. Eyni zamanda, musiqi məktəbinə gedirdi, gözəl tar çalırdı. İdmanla da məşğul idi. Biz onun həkim olmağını istəyirdik. Amma o, hərbçi olmağı seçdi. Dedi ki, ən böyük arzusu itirilmiş torpaqları azad etməkdir. Novruz və digər hərbçilərimiz Prezidentimizin ətrafında yumruq kimi birləşərək, işğalda olan torpaqlarımızı bizə qaytardılar. Mən qardaşımla qürur duyuram. Mən Novruz da daxil olmaqla bütün şəhidlərimizlə fəxr edirəm ki, onlar bizə torpaqlarımızı qaytardılar”.

Qardaşı Qədir Quliyev Novruzun uşaqlıqdan vətənpərvər olduğunu, hərbiyə maraq göstərdiyini bildirib: “Novruz çox vətənpərvər oğlan idi. Uşaqlıqdan hərbiyə marağı var idi. Torpaqlarımızın işğal altında olması onun hərbi sahəni seçməsinə səbəb oldu. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. 2001-ci ildə hərbi təhsilini başa vurub və ona diplomu Ulu Öndər Heydər Əliyev təqdim edib. Novruz həmin vaxtdan zabit kimi Vətənə xidmət edib. Şərəfli hərbi xidmət keçib. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Sentyabrın 28-də Suqovuşan-Talış kəndi istiqamətində şəhidlik zirvəsinə yüksəlib. Novruz kimi oğlanların hesabına 30 il işğal altında qalan torpaqlarımız azad olundu. Bu gün Azərbaycan xalqının başı ucadır”.

Mayor Novruz Əsgərov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” görə medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri