Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Ailəsini vəhşi qəbilədən olan bir döyüşçü üçün tərk edən qadının ETİRAFI

Ailəsini vəhşi qəbilədən olan bir döyüşçü üçün tərk edən qadının ETİRAFI

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Otuz il əvvəl britaniyalı qadın Cheryl Thomasgood (Şeril Tomasqud) həyat yoldaşı və üç uşağını Masai qəbiləsindən Keniyalı döyüşçü ilə romantik münasibətə görə tərk etdi. İllər sonra məlum oldu ki, bu çox böyük səhv idi.

Sfera.az bildirir ki, bu yaxınlarda, 65 yaşında qadın taleyüklü qərarı və onun bütün ailəsi üçün nəticələri barədə ilk dəfə ictimaiyyət qarşısında danışıb. 

1990-cı illərdə Şeril Tomasqud böyük ailəsi ilə Uayt adasında yaşayırdı. O, Mayk Meysonla evli idi və üç övlad böyüdürdü. Keniyada tətil zamanı o, Masai qəbiləsindən olan özündən 10 yaş kiçik və turistlər üçün ənənəvi rəqslər nümayiş etdirən qrupun tərkibində otelə gələn Daniel Lekimenço ilə tanış olur.

Onlar görüşdükdən bir neçə həftə sonra Şeril həyatını həmişəlik dəyişəcək bir qərar verdi. Qadın Keniyanın Samburu bölgəsinə köçmək üçün ikinci həyat yoldaşı Mayk və üç uşağını tərk edib.

"Mən böyük bir səhv etdim - bu, özümdən də böyük səhv idi, çox təəssüflənirəm, xüsusən də övladlarıma verdiyi zərərə görə" - deyə Şeril müsahibəsində bildirib.

Qəbilədəki həyat

Keniyadakı şərait ingilis qadınının öyrəşdiyindən tamamilə fərqli idi. O, yemək bişirmək, təmizlik və ovçuluqda döyüşçü ərinə kömək etmək məcburiyyətində qalmışdı. O, daxmada keçi dərisi üzərində yatıb, inək qanı və kələm yeyirmiş.

Cütlük dünya mediasında sensasiyaya çevrildi - qadının inkişaf etmiş ölkədə orta təbəqənin nümayəndəsinin rahat həyatından da aşağı naməlum bir şey üçün imtina etmək qərarı insanları şoka salmışdı.

Böyük Britaniyaya qayıdış

Şeril və Daniel 1995-ci ildə Uayt adasına qayıdaraq Sevgililər Günündə evləniblər. Hər ikisi ənənəvi Masai geyimində olub. Cütlüyün indi 27 yaşında olan Mitsy adlı bir qızı da var idi. Cütlük Şerilin əvvəlki münasibətlərindən olan üç uşağı ilə birlikdə Uayt adasındakı Nyuportda yaşayırdı.

Böyük Britaniyaya köçdükdən sonra Daniel dəyişməyə başlayıb. Şerilin nəcib döyüşçü kimi düşündüyü adam tədricən maddi şeylərə və pula aludə olub.

 "O, döyüşə hazırlaşdığını və fil kimi hündürə tullanmaq istədiyini dedi. Uşaqlar bunu çox sevirdilər, lakin bir müddət sonra bu, əsəblərimə toxunmağa başladı" - deyə britaniyalı qadın xatırlayır.

Daniel daha böyük bir ev, dizayner paltarları və daim Keniyalı ailə üzvlərinə göndərmək üçün pul arzusunda idi. Əvvəlcə ona güvənən qadını özünə cəlb edən mənəviyyatı tədricən istehlakçı həyat tərzinin təsiri altında “buxarlanıb” yox olur. 

Evliliyin pozulması

Cütlük tez-tez mübahisə etməyə başlayıb. Onlar bütün dünyanın diqqət mərkəzində olduğundan evliliklərinin ümidsiz olmadığını sübut etmək üçün münasibətlərini xilas etməyə çalışsalar da, mədəni fərqlər aşılmaz oldu. Şeril 1999-cu ildə, toylarından cəmi dörd il sonra, qızlarının bir yaşı olarkən Danieldən boşanıb. 

İndi 65 yaşlı britaniyalı qadın Somersetdə dənizkənarı qəsəbədə tək yaşayır. O, mübahisəli keçmişini yerli əhalidən gizlədir. Dostlarından heç birinin Masai döyüşçüsü ilə qəribə münasibətindən xəbəri yoxdur. 

"Mən indi qəbul edirəm ki, Maasai döyüşçüsü ilə münasibətim sadəcə problemlərdən qaçmaq idi, onların qarşısında dik dayanmaq yox” - deyə Şeril acı təcrübəsini yenidən nəzərdən keçirir.

Onun ən böyük peşmanlığı bu hekayənin uşaqlarına təsiridir.

“Daniel övladlarıma əsl ata olmaq üçün əlindən gələni etdi, lakin o, Qərb adətlərini başa düşə bilmədi” - deyə o etiraf edir.

Böyük oğlu Stivin indi 43, digəri Tomminin 41, qızı Xloyanın isə 34 yaşı var. Hər şeyə baxmayaraq, Şeril bütün uşaqları ilə yaxşı münasibət saxladığını iddia edir və kiçik qızı Mitsini bu evlilikdən çıxan “yeganə yaxşı şey” adlandırır.

Boşandıqdan sonra Maasai döyüşçüsü Uayt adasında qalıb və hazırda supermarketdə işləyir. Otuz illik sükutdan sonra hekayəsini bölüşmək qərarına gələn qadın:

"Daniel ilə əlaqəm yoxdur, amma hələ də bütün övladlarımla münasibətim yaxşıdır" - deyə o yekunlaşdırır.

Xanım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyun 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see383

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see351

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see293

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see278

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see269

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see250

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see249

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see244

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see240

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see236

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see222

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see217

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see216

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see193

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see190

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see185

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see185

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri