Icma.az
close
up
RU
AK Partiya sədrinin müavini: Naxçıvan Azərbaycan Türkiyə münasibətlərində çox önəmli mərkəzdir

AK Partiya sədrinin müavini: Naxçıvan Azərbaycan Türkiyə münasibətlərində çox önəmli mərkəzdir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Biz bu addımları atarkən Türkiyə-Azərbaycan dostluğunu, müttəfiqliyini ilk sıraya qoyuruq. Yəni Azərbaycan dövlətinin baxışı bizim üçün əsasdır və önəmlidir”.

APA-nın yerli bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvan Muxtar Respublikasında jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfərdən sonra dəhlizin açılması əsas məsələ idi: “Sonra yenə Şuşa bəyannaməsində də iki dövlətinin iradəsi bu yöndə oldu. Ardınca Azərbaycan və Ermənistan arasında imzalanan müqavilədə bu məsələ xüsusilə qeyd edildi. Biz buna uyğun olaraq dəhlizin həyata keçirilməsi yönündə addımlar atırıq. Bunlardan biri də Qars-İğdır-Dilucu dəmiryolu layihəsidir. İllik olaraq 5,5 milyon insanı daşıyacaq, 2,2 milyon yükdaşıma gücünə malik olacaq bu layihə həyata keçirildiyində Azərbaycandan yola çıxan bir qatar sərhədlərimiz üzərindən maneəsiz olaraq Avropaya qədər gedib çıxacaq. Bu dəmiryolu xətti təkcə ticarəti yox, inanırıq ki, xalqlarımız arasında münasibətləri də genişləndirəcək, turizmə, enerji sahəsinə və bir çox sahələrə öz müsbət təsirini göstərəcək. Bununla birlikdə bölgəmizdə sabitlik və dirçəlməyə nail olacağıq”.

AK Partiya sədrinin müavini Naxçıvana səfəri barədə də danışıb. Qeyd edib ki, “Türkiyə 100 ili” şüarı ilə ayrı-ayrı bölgələrdə görüşlər keçirilir və bunun davamı olaraq İğdırda da görüşlər baş tutur: “Bu vəsilə ilə Naxçıvana da gələrək Türkiyə-Azərbaycan münasibətləri və türk dünyasına, dövlətlərinə aid fikrimizi ortaya qoymaq istədik. “Türkiyə 100 ili” hədəfimizin ən önəmli parçalarından biri türk dünyası ilə münasibətlər və bunların genişləndirilməsidir. Bu mərkəzdə Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və dünyada çox nadir hallarda rastlaşan münasibətlərimiz dostluğumuz, qardaşlığımız və güclü müttəfiqliyimiz var. Çünki “biz bir millət iki dövlət” şüarı ilə hərəkət edə bilən dövlətlərik. Naxçıvan istər türk dövlətləri təşkilatları arasında, istərsə də Azərbaycan-Türkiyə münasibətlərində çox önəmli bir mərkəzdir. Bundan sonra da Naxçıvanı türk dövlətləri təşkilatının bir parçası olaraq görürük. 2009-cu ildəki müqavilə də burada imzalanıb. İndi yeni bir dönəmdir. Çünki Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında həyata keçiriləcək layihə ilə birlikdə inşallah, Azərbaycanı Naxçıvana bağlayacaq dəhliz inşa ediləcək və bu həyata keçirildiyi təqdirdə Naxçıvan sadəcə, iki ölkənin deyil, bütün türk dünyasının ən önəmli lojistik mərkəzlərindən birinə çevriləcək. Biz bu hədəf və inancla AKP olaraq Naxçıvana gəlmişik və bu bizim türk dünyamıza verdiyimiz önəmin bir parçasıdır. Partiyamızın nəzdində türk dünyası ilə əlaqələr nazirliyi quruldu. Əsas hədəfimiz bu münasibətləri gücləndirməkdir. Bu gün keçirdiyimiz görüşlərdə bir daha gördük ki, buna hazır olmağımız lazımdır. Çünki təxminən 600 milyard dollarlıq bir ticarətdən söhbət gedir. İnşallah, bu dəhliz açılanda bu böyük iqtisadiyyatdan bütün ölkələr, eləcə də Qafqaz faydalanacaq. Bura sülhün, sabitliyin və güvənin önəmli mərkəzi olacaq. Buna inanırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri