AK Prezidenti Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün “ön cəbhə” ölkələrinə səfər edəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen sabah Rusiyanın təcavüzünə qarşı Avropanın dəstəyini təsdiqləmək və müdafiə xərclərini artırmaq məqsədilə “ön cəbhə” adlandırılan ölkələrə səfər edəcək.
APA xəbər verir ki, bu barədə məlumatı “Politico” Avropa İttifaqı Komissiyasının sözçüsünə istinadən verib.
Məlumata görə, tur çərçivəsində Ursula fon der Leyen Finlandiya, Estoniya, Litva, Latviya və Polşa ilə yanaşı, Bolqarıstan və Rumıniyaya da səfər edəcək. Bu, Ukraynada Rusiyanın genişmiqyaslı işğalının başladığı vaxtdan bəri Aİ-nin təhlükəsizlik və müdafiə sahəsindəki ən böyük diplomatik təşəbbüsüdür.
Baxış sayı:93
Bu xəbər 28 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















