Icma.az
close
up
RU
AK Rusiya aktivlərini ilin sonuna qədər müsadirə etməyi planlaşdırır

AK Rusiya aktivlərini ilin sonuna qədər müsadirə etməyi planlaşdırır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyası (AK), Qərbdə dondurulmuş Rusiya suveren aktivlərinin müsadirəsini 2025-ci ilin sonunadək həyata keçirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının 2030-cu ilə qədər təhlükəsizliyinin gücləndirilməsi üzrə yol xəritəsini təqdim edən müdafiə üzrə Avropa komissarı Andryus Kubilyus məlumat verib.

"Ola biləcək ən vacib vədlərdən biri yol xəritəsinə daxil edilib: "reparasiya krediti" 2025-ci ilin sonunadək reallaşdırılmalıdır", – deyə o bildirib və vurğulayıb ki, Avropa Komissiyası bu vəsaitləri Ukraynanın hərbi ehtiyaclarına yönəltmək niyyətindədir.

Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsi planını “reparasiya krediti” termini ilə adlandırır. Kubilyusun sözlərinə görə, yaxın illərdə Ukrayna Brüssel üçün əsas hərbi tərəfdaşa çevrilməlidir. Avropa Komissiyası Ukraynanın “innovativ həllərindən” və “hərbi təcrübəsindən” yararlanmaq istəyir. “Avropa İttifaqı və Ukrayna birlikdə Avropanın təhlükəsizlik qalxanını quracaq”, – deyə o əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası Ukraynaya təklif etdiyi “reparasiya krediti” sxeminə əsasən, Belçikanın "Euroclear" platformasında bloklanmış 210 milyard avronun təxminən 185 milyardının müsadirə olunmasını nəzərdə tuturdu. Bu plan oktyabrın 1-də Kopenhagendə keçirilən Aİ sammitində müzakirə olunmuşdu, lakin yekdil razılıq əldə edilməmişdi.

Belçikanın baş naziri Bart de Vever bu plana kəskin şəkildə qarşı çıxaraq, Aİ ölkələrindən Rusiyanın cavab tədbirləri halında bütün maliyyə risklərini Belçika ilə bərabər bölüşəcəklərinə dair yazılı öhdəlik tələb etmişdi. Lakin onun sözlərinə görə, digər Aİ ölkələri bu tələblə razılaşmayıblar.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Qərbin dondurulmuş Rusiya ehtiyatlarını mənimsəməsi qlobal maliyyə-iqtisadi sistemin dağılmasına və iqtisadi separatizmin güclənməsinə səbəb olacaq. Kremlin mətbuat katibi Dmitri Peskov isə qeyd etmişdi ki, Rusiya bu aktivlərin “oğurluğunda” əli olan şəxslərə qarşı hüquqi təqib başlatmağı planlaşdırır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri