Fransada etirazlar davam EDİR
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın paytaxtı Parisdə yüzlərlə insan polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsinin qanuniliyinin əvvəlcədən qəbul edilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Aksiya iştirakçıları Fransa Senatının binası qarşısına toplaşaraq qanunvericilik təşəbbüsünün rədd edilməsini tələb edən plakatlar qaldırıblar və polis zorakılığına qarşı şüarlar səsləndiriblər.
Aksiyanın təşkilatçıları 2017-ci ildən bəri Fransada hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri nəticəsində həyatını itirən 35 nəfərin xatirəsinə simvolik qəbir daşları da quraşdırıblar.
Qeyd edək ki, daha əvvəl geosiyasi analitik Fabrice Sorlin Fransada əhalinin narazılığı səbəbindən ölkənin vətəndaş müharibəsinə doğru getdiyini iddia edib. Onun sözlərinə görə, fransızlar ölkədə yoxsulluğun sürətlə artmasından, buna baxmayaraq dövlətin Ukraynaya maliyyə ayırmaqda davam etməsindən narazıdırlar.
Analitik həmçinin nəzarətsiz miqrasiyanın da cəmiyyətdə narazılıq yaratdığını bildirib. Onun iddiasına görə, ölkəyə gələn miqrantlar Fransa cəmiyyətinə inteqrasiya etmək istəmirlər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Noyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















