“Mançester Yunayted”in maliyyə hesabatı AÇIQLANDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Mançester Yunayted” klubu 2026/2027-ci maliyyə ilinin ilk rübü üzrə hesabatını açıqlayıb.
Redaktor.az xəbər verir ki, klubun rəsmi məlumatına görə, 2026-cı il sentyabrın 30-da başa çatan üçaylıq dövr ərzində ümumi gəlir 146,1 milyon funt-sterlinq təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Həmin vaxt klubun gəliri 140,3 milyon funt-sterlinq olmuşdu.
Bununla belə, klub hesabat dövrünü 3 milyon funt-sterlinq əməliyyat zərəri ilə başa vurub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə 13 milyon funt-sterlinq əməliyyat mənfəəti qeydə alınmışdı.
Futbolçuların qeydiyyat hüquqlarının satışından əldə olunan gəlirlər nəzərə alınmadan əməliyyat zərəri isə 23,7 milyon funt-sterlinq təşkil edib.
Hesabatda klubun kişi əsas komandasının UEFA Çempionlar Liqasına qayıtdığı da qeyd olunub. Komanda turnirin ilk dörd oyununda iki qələbə qazanıb.
“Mançester Yunayted”in baş icraçı direktoru Ömər Berrada gəlirlərin sabit qaldığını və klubun dayanıqlı inkişafını davam etdirdiyini bildirib.
O, yeni baş məşqçi Maurisio Poçettino və onun məşqçilər korpusunun kluba qoşulmasını müsbət qiymətləndirib. Berrada rəhbərliyin əsas məqsədinin komandanın meydandakı çıxışlarını yaxşılaşdırmaq üçün yeni məşqçi heyətinə dəstək vermək olduğunu vurğulayıb.
Klub 2026/2027-ci maliyyə ili üzrə ümumi gəlir proqnozunu 740-760 milyon funt-sterlinq səviyyəsində saxlayıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Noyabr 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















