Icma.az
close
up
RU
AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq

AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin 35 milyard avrodan çox dəyərində COVID-19 peyvəndlərinin satın alınmasında aşkarlanan korrupsiya işində qanuni toxunulmazlığının olub-olmadığını aydınlaşdrımaq üçün dinləmə keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “TASS”a iddiaçı, belçikalı fəal Frederik Baldan məlumat verib.

“Yanvarın 6-da keçiriləcək məhkəmə iclası Avropa İttifaqı qurumlarında korrupsiya aktlarını araşdırmalı olan Aİ prokurorluğunun tələbi ilə keçiriləcək. Avropa Prokurorluğu iddia edir ki, klinik sınaqdan keçməmiş COVID-19 vaksinlərinin satın alınmasında aşkarlanan korrupsiya ittihamında Ursula fon der Lyayen təqib edilə bilməz. Çünki onun qanuni toxunulmazlığı mövcuddur və məhz bunun əsas gətirərək məhkəməyə müraciət ediblər”, - deyə o vurğulayıb.

Frederik Baldan bildirib ki, Ursula fon der Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb.

Öz növbəsində, Baldanın vəkili Dian Prota bildirib ki, məhkəmə Aİ prokurorluğunun Lyayenin bu işdə toxunulmazlığa malik olduğu mövqeyini bölüşsə belə, iddiaçılar toxunulmazlığın ləğvi edilməsini məhkəmə yolu ilə axtaracaqlar:

“Artıq belə presedentlər olub. Beləliklə, 1999-cu ildə Jak Santerlə birlikdə bütün Avropa Komissiyasının üzvləri korrupsiya qalmaqalına görə vəzifələrindən gediblər”.

Vəkil həmçinin vurğulayıb ki, bu iddia geniş ictimai rezonansa səbəb olub, Ursula fon der Lyayenə qarşı ittihamlar artıq minə yaxın Aİ vətəndaşı, əsasən də yaxınlarını itirmiş və ya yoxlanılmamış dərmanlarla praktiki olaraq məcburi peyvənddən əziyyət çəkən insanlar tərəfindən dəstəklənir.

Ursula fon der Lyayen Aİ ölkələri ilə əvvəlcədən razılaşmamış 2020-ci ilin sonunda Amerikanın “Pfizer” şirkətinin baş direktoru Albert Bourla sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham olunur.

Bu iddia üzrə ilk dinləmə 17 may 2024-cü ildə baş tutub və sonra Lyej məhkəməsi bu işin onun yurisdiksiyasına aid olduğunu təsdiqləyib və açıq-aşkar maraqların toqquşması səbəbindən Ursula fon der Lyayenin özünün təşəbbüsü ilə yaradılmış Avropa Prokurorluğuna təhvil verilməməlidir.

Dekabrın 6-da baş tutmalı olan ikinci dinləmə, von der Lyayennin toxunulmazlığı üçün məhkəməyə əks-tələb göndərən Aİ prokurorluğunun demarşı səbəbindən faktiki olaraq pozulub. Məhkəmə bu gün məhz vəsatətə baxmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Yanvar 2025 05:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri