AK Ukrayna, Serbiya və Gürcüstanın Aİ yə qoşulma perspektivləri ilə bağlı hesabat təqdim edəcək
Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 4-də Avropa Komissiyası (AK) namizəd ölkələrin Aİ-yə üzv olmaq yolunda irəliləyişlərini qiymətləndirərək onların reytinqlərini dərc edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Yüksək səviyyəli Avropa diplomatı Kaya Kallas və Genişlənmə üzrə komissarı Marta Kos məruzə ilə çıxış edəcəklər.
Nəşr vurğulamışdır ki, reytinqdə Aİ-yə üzv olmaq istəyən ölkələrin diqqət etməli olduğu bir çox vacib məqamlar yer alır. Konkret olaraq, qəzet öyrənib ki, komissiya Gürcüstanın demokratik geri çəkilməsini, Ukraynanın Rusiya ilə davam edən münaqişəyə baxmayaraq islahatlar aparmaq cəhdlərini qiymətləndirəcək, həmçinin Qərbi Balkanlarda, o cümlədən Serbiyada “Prezident Aleksandr Vuçiçə qarşı etirazların davam etdiyi” hadisələrlə bağlı fikirlərini bildirəcək.
Noyabrın 4-də Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın Kiyevin Aİ-yə üzvlüyü yolunda “müsbət nəticəyə” ümid etmək üçün “hər əsası” var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 04 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















