Icma.az
close
up
RU
Akademik: Ağdamda salamat bir bina, bütöv hasar belə yox idi

Akademik: Ağdamda salamat bir bina, bütöv hasar belə yox idi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Vətən müharibəsinə qədər Ermənistan tərəfindən yalnız ərazi işğalı ilə deyil, eyni zamanda, sistemli şəkildə həyata keçirilən mədəni irs dağıntıları ilə üzləşib. Bu proses tək-tək vandalizm aktları deyil, uzunmüddətli və məqsədyönlü siyasətin tərkib hissəsi kimi Azərbaycan xalqının tarixi yaddaşını, dini-mədəni irsini və kimlik elementlərini zəiflətməyə yönəlmişdi.

Rəsmi məlumatlar göstərir ki, işğal dövründə Qarabağ və ətraf ərazilərdə mövcud olmuş 700-dən çox tarixi və mədəni abidənin 400-dən çoxu ya tamamilə məhv edilmiş, ya da ciddi şəkildə zədələnmişdi. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayıl rayonlarında minlərlə məzarlığın dağıdılması, qəbirlərin qazılması və məzar daşlarının talan edilməsi bu siyasətin yalnız fiziki deyil, həm də mənəvi ölçülərini ortaya qoyur.

Xüsusilə diqqətçəkən məqamlardan biri dini abidələrə qarşı münasibət olub. İşğal altında qalmış ərazilərdə mövcud olan 67 məsciddən 65-nin məhv edilməsi, bəzilərinin isə təhqiramiz formada istifadəyə məruz qalması, o cümlədən heyvan saxlanılan məkanlara çevrilməsi faktları bu vandalizmin miqyasını açıq şəkildə göstərir. Eyni zamanda, müəyyən abidələrin saxta təqdimatlarla mənimsənilməsi və ya başqa mədəniyyətlərə aid kimi təqdim olunması tarixin təhrif edilməsi cəhdləridir.

Bu proses yalnız Azərbaycanın işğal olunmuş əraziləri ilə məhdudlaşmayıb, Ermənistan ərazisində də azərbaycanlılara məxsus tarixi-dini irsin sistemli şəkildə silinməsi ilə müşayiət olunub. İrəvan və digər bölgələrdə yerləşən XVI–XVIII əsrlərə aid məscidlərin dağıdılması və ya mənşəyinin dəyişdirilərək təqdim edilməsi bu siyasətin davamlı xarakter daşıdığını göstərir.

Qafqaz Albaniyasına aid dini-mədəni irsin mənimsənilməsi və dəyişdirilməsi cəhdləri də regionun tarixi irsinə yönəlmiş müdaxilələrin mühüm istiqamətlərindən biri olub. Alban məbədlərinin arxitekturasının dəyişdirilməsi və ya dağıdılması faktları göstərir ki, söhbət təkcə maddi irsə zərər vurmaqdan deyil, bütövlükdə tarixi kimliyin dəyişdirilməsinə yönəlmiş məqsədli yanaşmadan gedir.

Mövzu ilə bağlı əməkdar elm xadimi, akademik Vaqif Şadlinski AZƏRTAC-a açıqlamasında bildirib ki, o, Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlı kimi erməni vandalizminin acı nəticələrinin şəxsən şahidi olub. Onun ailəsi hələ 1905-1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri zamanı erməni vandalizmi və soyqırımı ilə üzləşib, özü isə sonrakı deportasiya dalğasında - 1948-ci ildə doğma yurdunu tərk etməyə məcbur qalıb.

“Uşaqlıq illərində Qarabağa yaxın ərazilərdə – Şəmkir rayonunda yaşamışam. O zamanlar tez-tez Şuşa və Ağdama gedirdim. Ağdam o dövrdə inkişaf etmiş, abad, zəngin mədəniyyətə və gözəl abidələrə malik bir şəhər idi. Lakin işğaldan azad olunduqdan sonra həmin ərazilərə səfər edərkən gördüklərim məni sarsıtdı. Sanki insan özünü Xirosimada hiss edirdi: bir salamat bina, bir bütöv hasar belə yox idi. Füzuli istiqamətində də eyni mənzərə ilə qarşılaşdım, hər tərəf xarabalığa çevrilmişdi. Bu dağıntılar təkcə maddi irsin məhvi deyil, bütövlükdə bir regionun həyatının və yaddaşının silinməsi cəhdidir. Ulu öndər Heydər Əliyev bu reallıqlara qarşı uzun illər prinsipial mübarizə aparıb, dövlətin gücləndirilməsi və gələcəkdə torpaqların azad olunması üçün möhkəm təməl yaradıb”, - deyə akademik vurğulayıb.

O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu tarixi missiyanı yerinə yetirərək torpaqlarımızı işğaldan azad edib və ölkənin ərazi bütövlüyü tam bərpa olunub: “Bu Qələbə təsadüfi deyildir. 1990-cı illərdə ölkəmizin imkanları məhdud idi, ordunun maddi-texniki təminatı zəif idi. Lakin illər ərzində güclü dövlət, peşəkar ordu formalaşdırıldı, gənclər vətənpərvərlik ruhunda yetişdirildi və nəticədə tarixi ədalət bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, lakin mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Bu günədək yüzlərlə insan mina partlayışlarının qurbanı olub və bu fakt bir daha işğal dövründə törədilən dağıntıların ağır nəticələrini göstərir. Buna baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Əminəm ki, Prezident İlham Əliyevin təşəbbüsləri və beynəlxalq nüfuzu nəticəsində bölgədə davamlı sülhə nail olunacaq. Vaxtilə doğma yurdlarından didərgin düşmüş bütün insanlar öz torpaqlarına qayıdacaq, orada təhlükəsiz və firavan həyat quracaqlar”.

Bütün bu faktlardan aydın görünür ki, söhbət təkcə müharibənin nəticələrindən deyil, daha genişmiqyaslı mədəni irsin məqsədli şəkildə məhv edilməsi və tarixi yaddaşın silinməsi cəhdlərindən gedir. Bu isə məsələnin yalnız regional deyil, beynəlxalq hüquq və mədəni irsin qorunması kontekstində qiymətləndirilməsini zəruri edir.

Müxbir – Səbinə Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri