Icma.az
close
up
RU
Akademik: İnformasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması olduqca vacibdir

Akademik: İnformasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması olduqca vacibdir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 noyabr, AZƏRTAC

İnformasiya təhlükəsizliyi artıq öz ümumi klassik tərifinin çərçivəsindən çıxıb. Əvvəllər informasiya təhlükəsizliyinin üç əsas prinsipə – məlumatın məxfiliyinin qorunması, tamlığının və əlçatanlığının təmin edilməsinə əsaslandığını düşünürdük. Bu prinsiplər klassik mənada informasiya təhlükəsizliyinin əsas məqsədlərini, vəzifələrini müəyyənləşdirirdi. Lakin son dövrlərdə bu əsas prinsiplərlə yanaşı, informasiyanın məzmunu ilə bağlı məsələlər də diqqət mərkəzinə keçib. İstər audio və video, istərsə də mətn formatında təqdim olunan onlayn resurslar, kontentlər vasitəsilə dövlət, cəmiyyət və fərdlər üçün ciddi kibertəhlükələr yaranır və bu təhdidlərə qarşı kompleks tədbirlərin görülməsi qaçılmazdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib. Akademik qeyd edib ki, informasiyanın məzmunu xüsusilə də uşaqlara, dövlətin siyasətinə, ideologiyasına, milli-mənəvi dəyərlərə və insanların psixoloji durumuna böyük təhlükələr yaradır. Buna görə də informasiya təhlükəsizliyi məlumatların məzmunu vasitəsilə reallaşan çox mürəkkəb, aşkarlanması heç də asan olmayan kibertəhlükələrlə mübarizə aparmaq vəzifəsini qarşıya qoyur. İnformasiya təhlükəsizliyi mexanizmləri və vasitələri ənənəvi olaraq internet mühitində geniş yayılmış kibertəhlükələrə qarşı mübarizə aparır. Lakin əşyaların interneti (IoT) texnologiyalarının meydana çıxması, onların kritik infrastrukturlara, müxtəlif təyinatlı texnoloji sistemlərə inteqrasiyası tamamilə fərqli, yeni problemlər yaradır. Bu texnologiyalar vasitəsilə proseslər təkcə real həyatda deyil, həm də virtual məkanda gedir və nəticədə kiberfiziki reallıq yaranır. Ona görə də hər bir ölkə bu yeni reallıqları nəzərə almalı, IoT əsasında qurulan kritik sistemlərin və infrastrukturların etibarlı fəaliyyətini təmin etməli və ümumiyyətlə, kiberfiziki sistemlərin təhlükəsizliyi və kiberdayanıqlıq problemlərini prioritet istiqamət olaraq müəyyənləşdirməlidir.

Süni intellektin yaratdığı imkanlardan bəhs edən akademik bildirib ki, bu, müəyyən problemlərin həllinə kömək etsə də, kibertəhlükəsizliklə bağlı ciddi narahatlıq da yaradır. İnformasiya texnologiyaları, süni intellekt metodları inkişaf etməklə yanaşı, paralel olaraq kibertəhlükələri yaradan texnologiyalar da sürətlə təkmilləşir, intellektuallaşır. Deməli, kibertəhlükələrə qarşı yaradılan müdafiə mexanizmləri və texnologiyaları da gücləndirilməli, daha da təkmilləşdirilməlidir. Bu kimi problemlər alim və mütəxəssislərin qarşısında çox ciddi vəzifələr qoyur, yeni intellektual metod və alqoritmlərin işlənilməsini tələb edir.

“Əlbəttə ki, bütün bu hədəflərə çatmaq üçün müasir dövrün tələblərinə cavab verən informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması olduqca vacibdir. Xüsusilə kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində data mühəndisləri, data analitikləri, proqram mühəndisləri, rəqəmsal hüquqşünaslar, rəqəmsal kriminalistlər, kriptoqraflar kimi mütəxəssislərin hazırlanması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, insanların və ümumiyyətlə, cəmiyyətin kibertəhlükəsizlik mədəniyyətinin formalaşması və yüksəldilməsi istiqamətində ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi də bu sahədə yaranacaq problemlərin və risklərin azaldılması üçün mühüm rol oynaya bilər”,-deyə alim bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri