Icma.az
close
up
RU
Tədqiqatçıların beynəlxalq akademik informasiya bazalarına çıxış imkanlarını genişlənir

Tədqiqatçıların beynəlxalq akademik informasiya bazalarına çıxış imkanlarını genişlənir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı,9 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi (ETN) nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlara, eləcə də ali təhsil müəssisələrinə dünyanın aparıcı nəşriyyatları – “Springer”, “Sage”, “Cambridge University Press”, “Elsevier”, “Emerald”, “Springer Nature” və digər nəşriyyatların resurslarını özündə birləşdirən “ProQuest Central” akademik informasiya bazasının xidmətlərindən yararlanmaq imkanı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında məlumat verib. Alim qeyd edib ki, ETN elm və təhsilin inkişafına daha çox resursun cəlb olunması, yüksək intellektual potensiala malik kadrların yetişdirilməsi, ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələri üçün beynəlxalq elmi bazalara çıxış imkanlarının təqdim olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Akademik R.Əliquliyev ETN tərəfindən alimlərə və elmi-tədqiqat müəssisələrinə beynəlxalq elmi bazalara inteqrasiya imkanlarının genişləndirilməsi istiqamətində göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb, görülən işləri yüksək qiymətləndirib. Xüsusilə bu yaxınlarda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkəti arasında bağlanmış müqavilənin önəminə toxunaraq müqavilə əsasında təsis edilən tam mətnli akademik informasiya bazası olan “ProQuest Central” bazasının 123 müəssisənin limitsiz istifadəsinə təqdim olunduğunu diqqətə çatdırıb.

İnstitutun baş direktoru bildirib ki, bu addım elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, həmçinin elmi nəticələrin beynəlxalq elmi məkana inteqrasiyasına mühüm töhfə verəcək. Bununla yanaşı, müqavilə elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi və nəticələrin monitorinqi baxımından yeni imkanlar açacaq.

AMEA-nın vitse-prezidenti institutun əməkdaşlarının bu xidmətlərdən istifadə səviyyəsinin daha da yüksəldilməsinin zəruri olduğunu deyib. Qeyd edib ki, 100-dən artıq mövzunu əhatə edən multidisiplinar akademik informasiya bazası olan “ProQuest Central” elmi məqalələrin axtarışı, analizi prosesini asanlaşdırmağa xidmət edən “ProQuest Research Assistant” adlı süni intellekt aləti ilə birgə təqdim olunur. Alimin sözlərinə görə, “ProQuest Central” akademik bazasına həm müəssisə daxilində, həm də müəssisədən kənarda korporativ elektron poçt vasitəsilə giriş imkanı əldə etmək mümkündür.

Akademik R.Əliquliyev çıxışının sonunda institutun alim və mütəxəssislərini bu kimi beynəlxalq resurslardan fəal şəkildə istifadə etməyə, tədqiqat fəaliyyətlərini dərinləşdirməyə və ölkəmizdə əldə olunan elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri