Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Akademik İsa Həbibbəyli: Elmin inkişafı sahəsində əldə etdiyimiz nailiyyətlər sabit templə davam edir

Akademik İsa Həbibbəyli: Elmin inkişafı sahəsində əldə etdiyimiz nailiyyətlər sabit templə davam edir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Elmin mühüm funksiyalarından biri də elmi elitanın formalaşdırılmasıdır. Bu elita rasional düşüncə tərzinə malikdir və ölkəmizdə dövlətimizin məqsədyönlü siyasəti nəticəsində milli elmi elita formalaşmışdır. Bu, dövlət səviyyəsində elmə göstərilən diqqətin bariz nümunəsidir. Elmin inkişafı sahəsində əldə etdiyimiz nailiyyətlər artıq sabit bir templə davam edir”.

525.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın Elm Gününə həsr olunmuş tədbirində “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” adlı məruzəsində deyib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı ilə bu elm məbədinin şərəfli tarixinə çox yüksək qiymət verildiyini bildirib.

Akademik İsa Həbibbəyli dövlətimizin başçısının bu günlərdə imzaladığı elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı Sərəncamının ölkəmizdə elmin inkişafına, sovet dövründən miras qalmış köhnə modellərdən imtina edilərək, artıq müstəqil Azərbaycan dövlətinin zəruri hesab etdiyi sahələr üzrə yenilənmiş və müasir çağırışlara uyğunlaşdırılmış istiqamətlərdə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyib.

Bu gün süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl iqtisadiyyat kimi qlobal elmi tendensiyaların dünya alimlərinin başlıca tədqiqat mövzuları sırasında yer aldığını deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu istiqamətlərdə araşdırmalar apardıqlarını, layihələr həyata keçirdiklərini, dünya elmində ölkəmizin mövqeyinin qorunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası son 3 il ərzində tarixində ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA), Beynəlxalq Elmi Şuraya (ICSU) və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) tamhüquqlu üzv seçilib.

Azərbaycan elminin ötən 80 il ərzində dünyaşöhrətli görkəmli alimlər yetişdirdiyini və mühüm nailiyyətlər əldə edərək elmi məktəblər yaratdığını deyən akademik İsa Həbibbəyli ölkəmizin elmi tarixində iz qoymuş görkəmli alimlərimizin xatirəsinin daim əziz olduğunu, onların formalaşdırdığı ənənənin bu gün milli elmi elita tərəfindən müasir çağırışlara uyğun olaraq, daha da zənginləşdirilərək davam etdirildiyini söyləyib.

“Ötən 80 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına ümumilikdə 437 görkəmli alim həqiqi və müxbir üzv seçilmişdir. Bu alimlər arasında 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 10 nəfər Sosialist Əməyi Qəhrəmanı, 72 nəfər SSRİ Dövlət Mükafatı laureatı və 11 nəfər müstəqil Azərbaycanın Dövlət Mükafatına layiq görülüb. 1970-1980-ci illər əldə olunmuş nailiyyətlərə görə, Azərbaycan elminin intibah dövrü hesab olunur. Həmin intibah dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər daim elmə, təhsilə və ziyalılara xüsusi diqqət, qayğı göstərib, nəticədə Azərbaycan elmi nailiyyətləri ilə həm respublika daxilində, həm də beynəlxalq miqyasda tanınıb. Ümummilli Liderin ikinci hakimiyyəti dövründə ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Milli Elmlər Akademiyasında ziyalılarla keçirməsi, sözün əsl mənasında, elmimizin inkişafına yeni nəfəs verdi”, - deyə AMEA prezidenti vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərdə - işğaldan azad olunmuş ərazilərə, Qərbi Azərbaycana, Türk dünyasına, süni intellektə dair mühüm tədqiqatların aparıldığını, bu istiqamətlər araşdırmaları həyata keçirmək üçün daxili imkanlar hesabına 47 yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri