Akademik məktəblərdə baş örtüyü ilə bağlı danışdı: “Geri çəkilmək olmaz”
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət tərəfindən müəyyənləşdirilmiş vahid məktəbli geyimi qaydaları dünyəvi təhsil prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələdə dövlətin mövqeyi birmənalı şəkildə düzgündür. Hesab edirəm ki, bu qərar hələ bir neçə il bundan verilməli idi. Bu, çox prinsipial məsələdir. Azərbaycan dünyəvi dövlətdir və Azərbaycanda təhsil də dünyəvi xarakter daşıyır.
Redaktor.az xəbər verir ki, bu fikirləri "Azərtac"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva deyib.
Akademik bildirib ki, təhsil müəssisələrində məktəblilərin, tələbələrin geyim forması da dünyəvi xarakter daşımalıdır: “Ümumiyyətlə, birmənalı şəkildə bildirmək istəyirəm ki, həddi-buluğa çatmamış qızların məktəblərdə baş örtüyündən istifadə etməsinin əleyhinəyəm. Düzdür, bizdə vicdan azadlığıdır, əqidə azadlığıdır, amma bu o demək deyil ki, həddi-buluğa çatmamış qızlar kiminsə təsiri – anasının, bacısının, qohumlarının təsiri və bəzən də evdə atasının, qardaşının təkidi ilə həmin o baş örtüyünü taxsın. O, gərək 18 yaşına çatsın. Məhz bundan sonra onun tam müstəqil seçim etmək hüququ var və o öz seçimini etməkdə də sərbəstdir. Nə cür istəyər, o cür də geyinər. Yəni istədiyi yerdə baş örtüyündən istifadə edə bilər və bizlər də onun seçiminə hörmətlə yanaşarıq”.
Gövhər Baxşəliyeva vurğulayıb ki, amma məktəbli yaşında qız uşaqlarının baş örtüyü taxması qətiyyən yolverilməzdir. Məktəbli forması var, ona riayət olunmalıdır. Əgər hansısa ailələr istəyirlərsə ki, qız övladları baş örtüyündən istifadə etsin, onlar o zaman həmin qızların 18 yaşına çatmasını gözləməlidirlər. Dövlətin haqlı mövqeyi heç cür bu məsələdən sui-istifadə hallarına imkan vermir və verməməlidir. Yəni kimlərsə bu məsələdən bəhanə kimi istifadə edib ölkədə dini zəmində bu məsələyə etiraz bildirirlər, aksiyalar keçirilər, onlara izah olunmalıdır ki, burada dövlət tam haqlıdır. Dövlət öz vətəndaşlarının hüququnu, qanunu qoruyur və burada geri çəkilmək olmaz. Çünki illər sonra bu məsələ daha da kəskin xarakter ala bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 Oktyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















