Icma.az
close
up
RU
Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini genişləndirir

Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini genişləndirir

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə beynəlxalq əlaqələrini genişləndirir.

525.az xəbər verir ki, İstanbul şəhərində Akademik Milli Dram Teatrı ilə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları (İBB Şəhər Teatrları), Almatı şəhərində isə Qazaxıstan Milli Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov,  İBB Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər və Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek imzalayıblar.

Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin – rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

Qeyd olunub ki, müxtəlif dünya teatrları ilə müqavilələrin imzalanması, beynəlxalq əlaqələr istiqamətində atılan addımlar teatrın prioritet istiqaməti kimi müəyyən olunub. Akademik Milli Dram Teatrı artıq Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarusun Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski Teatrı, Çinin Qansu Milli Dram teatrı ilə əməkdaşlıq Memorandumları imzalayıb.

İlham Əsgərov Ayşəgül İşsevəri və Erkin Juasbeki 10 mart Milli Teatr Günü münasibəti ilə rəhbərlik etdiyi teatrda türk dünyasının milli teatr rəhbərlərinin iştirakı ilə təşkil olunacaq təntənəli bayram tədbirinə dəvət edib. Bildirilib ki, tədbirdə bəşəriyyətin ən böyük fatehlərindən biri – Əmir Teymurun həyatından, döyüş yolundan və fəthlərindən bəhs edən, milli kimlik və milli özünüdərk ideyasını özündə ehtiva edən "LƏNG: zamanla yarışan hökmdar" adlı yeni tamaşanın premyerası olacaq.

Qeyd edək ki, İstanbul  Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları 1914-cü ildə, Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrı isə 1925-ci ildə yaradılıb. İstanbul Şəhər Teatrlarının 800 nəfərdən çox əməkdaşı, o cümlədən, 300 nəfər aktyor truppası, İstanbul üzrə 13 səhnəsi var. Teatr il ərzində 1 milyona yaxın tamaşaçıya xidmət göstərir. 

Türkiyəyə səfəri çərçivəsində İlham Əsgərov Azərbaycanın Türkiyədəki konsulu Nərminə Mustafayeva ilə də görüşüb. Xanım konsul Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. O, gələcəkdə Türkiyə teatrları ilə bağlı əməkdaşlıqda konsulluğun yaxından dəstək verəcəyi diqqətə çatdırılıb.

Şahanə Müşfiq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri