Icma.az
close
up
RU
Akademik Milli Dram Teatrında “Sehrbazlar dərəsi” adlı tamaşanın premyerası olunacaq AZƏRTAC

Akademik Milli Dram Teatrında “Sehrbazlar dərəsi” adlı tamaşanın premyerası olunacaq AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası hazırlanır, məşq prosesləri gedir. Quruluşçu rejissor Bəhram Osmanovun yaratdığı bu əsər fevralda tamaşaçılara təqdim olunacaq. Həmçinin teatrda Xalq yazıçısı Elçinin “Baş” romanının motivləri əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərinin məşqləri yaxın müddətdə başlayacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, 2024-cü il teatrın tarixində parlaq bir səhifə olaraq yadda qalıb.

Həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən tədbir və layihələr teatrın nüfuzunu daha da artırdı. Sənət məbədinin yaradıcı kollektivi bu il də teatrsevərlərə unudulmaz tamaşalar bəxş edib. Gəlin, teatrın ötənilki uğurlarına qısa nəzər salaq.

Bölgələrdə sənət işığı

Akademik Milli Dram Teatrının regionlara təşkil etdiyi qastrol səfərləri böyük maraqla qarşılandı. Bu səfərlər zamanı klassik və müasir tamaşalar müxtəlif bölgələrin sakinlərinə təqdim olunub. “Manqurt” tamaşası Lənkəran, Gəncə və Mingəçevirdə nümayiş etdirilərək tamaşaçıların böyük alqışlarını qazanıb. “Xanuma” tamaşası qədim Şəkidə, “Bir, iki, bizimki” tamaşası isə Lənkəranda teatrsevərləri sevindirib. “Şükriyyə” Gəncədə, “Cəhənnəm sakinləri” Şəkidə, “Küknarlara məktub” isə yenidən Lənkəranda səhnəyə qoyulub. Bu zəngin mədəniyyət axını “Bölgə Teatrlarının Bakı Premyerası” adlı yeni layihə ilə daha da rənglənib, bölgələrdəki teatrların yaradıcılığı paytaxt tamaşaçılarının diqqətinə təqdim olunub.

Beynəlxalq səhnədə Azərbaycan teatrı

Teatr yalnız ölkə daxilində deyil, dünya səhnəsində də öz sözünü deyib. Sankt-Peterburqda yerləşən Aleksandrinski Teatrı ilə əməkdaşlıq Memorandumu imzalanaraq yeni yaradıcılıq körpüsü qurulub. Bu tarixi sənədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov imza atıblar. Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan Teatr Forumunda teatrımız “Sənsiz” tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir. Rusiya Federasiyasının Suzdal şəhərində baş tutan II Milli Teatrlar Konqresi və Birinci Yay Festivalında Azərbaycan fəxri qonaq qismində iştirak edib. Tədbir çərçivəsində müxtəlif teatr rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və ustad dərslərinin təşkili ilə bağlı müzakirələr aparılıb. Ötən il teatr tarixində unudulmaz premyeralara da imza atılıb. “İblis və…” tamaşası Sankt-Peterburq Aleksandrinski Teatrında səhnəyə qoyularaq Azərbaycan teatr tarixində yeni bir mərhələ açıb.

Mükafatlar və fəxri təltiflər

Teatrın yaradıcı heyəti bu il müxtəlif mükafatlarla təltif edilərək yüksək qiymətləndirilib. Mehriban Ələkbərzadə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Dövlət Mükafatı ilə təltif olunub. Bununla yanaşı, o, Çingiz Aytmatov adına mükafata da layiq görülüb. Prezident Sərəncamına əsasən, Xalq artisti Laləzar Mustafayeva fərdi təqaüdə, teatrın 19 üzvü isə Prezident mükafatına layiq görülüblər. Akademik Milli Dram Teatrı tərəfindən təsis edilən “Qızıl Pərdə Mükafatı sənətkarlara təqdim edilib. Həmçinin ötən il Azərbaycan Tarixi Muzeyində keçirilən tədbirdə mədəniyyət xadimlərinə Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalları təqdim olunub. 10 Mart - Milli Teatr Günü münasibətilə keçirilən tədbir böyük təntənə ilə yadda qalıb. Bu bayramda Akademik Milli Dram Teatrı tərəfindən təsis olunan Milli Teatr Mükafatı öz sahiblərinə təqdim edilib.

Bir sözlə ötən il Akademik Milli Dram Teatrı üçün yalnız zəngin yaradıcılıq ili deyil, həm də yeni zirvələrə aparan uğur dolu bir dövr olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri