Akademik Rasim Əliquliyevdən önəmli açıqlamalar VİDEO KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TNS kanalının “Doğru məkan” verilişinin qonağı olub.
KONKRET.azxəbər verir ki, akademik Rasim Əliquliyev verilişdə dövlət başçısının müvafiq fərmanına əsasən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılmasının strateji əhəmiyyətindən bəhs edib. Alim bildirib ki, Şuranın yaradılmasında əsas məqsəd dayanıqlı və təhlükəsiz rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması, rəqəmsal fərqlərin aradan qaldırılması, yüksək keyfiyyətə malik vahid rəqəmsal platformanın yaradılması və cəmiyyətin bütün sektorlarında harmonik inkişafın təmin olunmasıdır.
AMEA-nın vitse-prezidenti həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən danışıb. Qeyd edib ki, dövlət maraqları çərçivəsində vahid milli data ekosisteminin, etibarlı şəbəkə-kommunikasiya infrastrukturunun yaradılması və idarəetmənin səmərəliliyi kimi kompleks məsələlərin həll edilməsi, nəticə etibarilə virtual məkanda dövlətin kibertəhlükəsizliyinin təmin olunması və kibersuverenliyin dayaqlarının möhkəmləndirilməsi rəqəmsal arxitekturanın əsas strateji hədəflərindəndir.
Baxış sayı:184
Bu xəbər 04 İyul 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















