Icma.az
close
up
RU
Akademik təşviqdən saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası

Akademik təşviqdən saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda ali təhsil müssəsisələrində akademik fəaliyyətin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq olunmağına başlamışdır. Bu sistemə görə, bir müəllimin Scopus və ya Web of Science kimi beynəlxalq nüfuza malik elmi bazalarda nə qədər çox məqaləsi nəşr olunarsa, onun əməkhaqqısı müvafiq faizlə artırılır, bəzən hətta ikiqatadək yüksəlir. Bundan əlavə, hər bir məqaləyə görə müəllimlərə ayrıca qonorar da ödənilir. Bu təşəbbüs, ilk baxışda, elmi araşdırmalırı təşviq edən, beynəlxalq görünürlüyü artıran və universitetlərin reytinqlərini yüksəldən müsbət bir addım kimi görünür.

Lakin bu sistemin tətbiqində yaranmış boşluqlar və nəzarətsizliklər səbəbilə, bəzi dırnaqarası elm adamları bu təşviqi sui-istifadə alətinə çevirmişdir. Jurnalist araşdırmalarımızın nəticəsində, Azərbaycanda bir neçə whatsapp qruplarında bu elm adamlarına akademik etikaya uyğun olmayan təklif edildiyi açıq şəkildə ortadadır.

Təqdim edilən ekran görüntülərində də görüdüyü kimi, müəyyən “elmi” WhatsApp qrupları yaradılaraq, Scopus və WoS jurnallarında hazır məqalələrə müəlliflik təklif edilir. Bu “təkliflər” açıq şəkildə etik qaydaların pozulmasıdır. Hələ yazılmamış, yaxud artıq tamamlanmış bir elmi məqaləyə, heç bir töhfə verməyən şəxslərin adlarının “həmmüəllif” olaraq əlavə olunması, akademik saxtakarlığın bariz nümunəsidir.

Bu qruplarda təqdim edilən mesajlar adətən aşağıdakı məzmundadır: “Scopus Q2 üçün həmmüəllif imkanı. Məqalə mövzusu… Ödəniş yalnız qəbul olduqdan sonra edilir.” Bu ifadələr, elmi bilik və töhfədən daha çox kommersiya maraqlarının ön planda olduğunu nümayiş etdirir. Belə “mövzu təklifləri” bir neçə aya çap ediləcəyi bildirilən, artıq yazılmış məqalələrə yönəldilir. Adını əlavə etdirmək istəyən istənilən şəxs sadəcə ödəniş etməklə müəllif ola bilir. Bu, müəlliflik huququnun pulla alınıb-satılması, elmi prinsiplərə və beynəlxalq etika normalarına açıq şəkildə ziddir.

Bu davranışlar aşağıdakı beynəlxalq etik qaydaların açıq pozuntusudur:

1-ICMJE-International Committee of Medical Journal Editors (Vancouver) kriteriyaları: Müəllif olmaq üzrə 4 şərtin (tədqiqat dizaynı, yazı, son versiya, məsuliyyət) heç biri əlavə edilən şəxslər tərəfindən yerinə yetirilmir.

2-COPE-Committe on Publication Ethics qaydaları: Müəlliflik satılması etik pozuntu sayılır və jurnal geri çəkmə ilə nəticələnə bilir.

3-Elmi saxtalaşdırma, uydurma və plagiat: Bu proses elmi məzmunun kollektiv uydurulması və dəyərinin itirilməsinə gətirib çıxarır.

Daha acınacaqlı olan isə bu işlərin rəsmi ali məktəb müəllimləri tərəfindən təşkil olunmasıdır. Ekran görüntülərindən aydın olduğu kimi, qrup məhz “UNEC” (Azərbaycan Dövlət İqtisad Universiteti) əməkdaşı(Vüsal Kərimli) tərəfindən yaradılmışdır. Bu cür fəaliyyətlər universitetlərin rəsmi əməkdaşları tərəfindən aparılırsa, burada artıq fərdi məsuliyyətlə yanaşı, institusional səviyyədə etik problemlərdən də söhbət getməlidir.

Burada ortaya çıxan əsas sual budur: Azərbaycan universitetləri nəyi maliyyələşdirir? Elmi inkişafı, yoxsa sistematik saxtakarlığı? Müəlliflik huququnu sataraq əlavə gəlir əldə edənlər, bir auditoriyaya girərkən hansı mənəvi rahatlıqla tələbələrə dərs keçə bilirlər? Elmi fəaliyyət adı altında törədilən bu cür qeyri-etik davranışlar tələbələrə hansı dəyərləri aşılayır?

Elmi ictimaiyyətdə müəlliflik, ciddi məsuliyyət tələb edən bir anlayışdır. Beynəlxalq qaydalara görə, müəllif yalnız məqalənin əsas hissəsinə – nəzəri çərçivə, metodologiya, nəticələrin təhlili və ya yazılı mətnin hazırlanması üzrə konkret töhfə veribsə, müəllif olaraq tanına bilər. Halbuki burada təqdim olunan nümunələrdə müəlliflik bir xidmət kimi satılır.

Bu davranışlar təkcə şəxsi reputasiyayə zərər vermir, həm də ölkənin beynəlxalq elmi nüfuzuna ağır zərbə vurur. Scopus və Web of Science kimi beynəlxalq bazalar, saxta müəlliflik hallarını aşkar etdikdə, həmin jurnalların və məqalələrin geri çəkilməsi, müəlliflərin qara siyahıya salınması və hətta institusional cəzalarla nəticələnməsi mümkün dür.

Bütün bunlar fonunda, Təhsil Nazirliyi, Ali Attestasiya Komissiyası və etik komitələr təcili tədbir görməlidirlər. Universitet daxilində etik komissiyalar yaradılmalı, saxta müəlliflik hallanrında:

1-Elmi dərəcə tanınması ləğv edilməli

2-Əlaqədar əməkdaşlar universitetlərdən xaric edilməlidir

3-Qrantlar dayandırılmalı, etik profilə rəsmə qeydlər yazılmalıdır

Beynəlxalq təcrübədə Almanya, ABŞ, Koreya kimi ölkələrdə saxta müəlliflik fəaliyyətləri elmi dərəcənin ləğv olunması və universitetlərdən xaric edilməyə qədər cəza tədbirləri ilə nəticələnir. Azərbaycanda bu cür hallarla bağlı prosedur mexanizmləri hələ də qeyri-şəffaf və formaldır.

Sual olunur: Qəbul edilmiş məqaləyə sonradan müəllif əlavə etmək hansı ağılın məhsuludur? Bu, sadəcə ritorik deyil, fundamental etik və məntiqi sualdır.

1-Əgər məqalə artıq qəbul olunubsa, əlavə edilən şəxs hansı hissəsinə töhfə verib?

2-Hansı jurnal buna icazə verir?

3-Hansı etika sistemi bunu haqq qazanmaq kimi qəbul edir?

Əgər məqalə artıq reytinqli beynəlxalq bazalarda qəbul olunubsa, məqalənin məzmununa sonradan heç bir əlavə edilmədən sadəcə pul qarşılığında yeni bir “müəllifin” əlavə olunması elmin kommersiyaya təslim edilməsidir. Bu həm də saxta reputasiya yaratmaq və akademik vəzifələrə saxta nailiyyətlərlə gəlmək deməkdir.

Bu hallara susmaq, saxtakarlığı susaraq qanuniləşdirməkdir. Universitet daxilində aparılan “fai(l)ə(y)ət” göstəriciləri elmi mahiyyətdən daha çox statistik hesabatlara çevrilib. Bu isə elmin ruhuna ziddir və mütləq şəkildə dəyişdirilməlidir. Əgər universitetlər və nazirliklər bu tip statistikaya əsaslanan sistemləri davam etdirəcəksə, yaxın illərdə Azərbaycanın akademik nüfuzu dərin və bərpaolunmaz bir etimad böhranı ilə qarşı-qarşıya qalacaq.

Son olaraq, elmin məqsədi məzmun istehsalıdır, sadəcə “çıxış sayları” yox. Əgər elmi nəşrlər əxlaqdan və elmi dürüstlükdən uzaq bir bazara çevrilirsə, o cəmiyyətin təhsil sistemi çürümüş deməkdir. Buna görə də Azərbaycanda elmin gələcəyi üçün dərhal institusional, hüquqi və mədəni islahatlar həyata keçirilməlidir.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri