Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Akademik Təşviqdən Saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası

Akademik Təşviqdən Saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

II Hissə: Saxta Affiliasiya, Qonorar Ticarəti və Elmi Simulyasiya
Azərbaycanda elmi etikaya zidd davranışlarla bağlı jurnalist araşdırmamız davam edir. Birinci məqalədə elmi nəşrlərə saxta müəlliflik əlavə olunması məsələsinə toxunmuşduq.
Bu dəfə isə fərqli bir mövzuya müraciət edirik: Saxta affiliasiya və qonorar əsasında qurulan akademik simulyasiya sistemləri.
Akademik etikaya zidd olan digər ciddi problem isə universitetdə faktiki olaraq çalışmayan şəxslərə – istər xarici ölkə alimlərinə, istərsə də Azərbaycanda heç bir tədris və ya elmi seminar fəaliyyəti göstərməyən şəxslərə – “tədqiqatçı” statusunun verilməsidir. Bu şəxslər universitetlərin nəzdində formal şəkildə qeydiyyata alınır, lakin onların universitetlərdə nə pedaqoji fəaliyyəti, nə də hər hansı seminarda iştirakı var. Onlar tələbələrlə təmasda deyillər, elmi müzakirələrdə iştirak etmirlər, universitet həyatında yer almırlar.
Bu proses UNEC(Azərbaycan Dövlət İqtisadiyyat Universiteti)-in nümunəsində xüsusilə görünür.
Məsələn, Türkiyədə Osmaniye Korkut Ata Universitetində çalışan Uğur Korkut Pata və digər xarici tədqiqatçılar UNEC-in mərkəzlərində formal status alır, sonra isə yazdıqları məqalələrdə “affiliation” olaraq UNEC-i də göstərirlər. Bunlara əlavə olaraq Selin Karıllar Pata, Hasan Dincer, Serhat Yüksel, Özer Depren, Sinan Erdoğan, Mustafa Tevfik Kartal,Muhammad Usman, Magdalena Radulescu, Daniel Balsalobre-Lorente kimi müəlliflər də UNEC-in adından istifadə edərək müxtəlif jurnallarda məqalə dərc etdirmişlər. Bunun əvəzində hər məqaləyə görə həmin müəlliflərə 400–2000 ABŞ dolları aralığında qonorar verildiyi iddia olunur. Beləliklə, UNEC-in adı ilə beynəlxalq jurnallarda çıxan məqalə sayı süni şəkildə artırılır və universitet reytinqlərdə statistik üstünlük əldə edir.
Elmi tədqiqat işi ilə məşğul olan alimlərə bəllidir ki, bir alim il ərzində maksimum 10-12 tədqiqata fokuslana bilər. İqtisadiyyat yönlü tədqiqatlar, komanda şəkilində olsa belə, bir tədqiqatın başlayıb, sona çatması ən azından 1 ay, bəzən isə 1 il hətta illərlə davam edir. Bu şərtləri diqqətə aldığımız zamanbelə bir məntiqi sual yaranır: bir müəllif il ərzində necə 30-dan çox akademik məqalə dərc etdirə bilər? Axı, elmi işin planlanması, tədqiqatın aparılması, nəticələrin yazılması və rəy prosesi aylarla vaxt tələb edir. Ancaq Uğur Korkut Pata adlı tədqiqatçının Google Scholar səhifəsinə baxıldıqda (https://scholar.google.com/citations?hl=tr&user=N3ZSb8MAAAAJ&view_op=list_works&sortby=pubdate), 2023 və 2024 illərində hər ay bir neçə məqaləsinin çıxması, bu prosesin reallıqla nə qədər uzlaşdığını ciddi sual altına alır. Əgər bu məqalələrin hər birində elmi töhfə real və ciddi şəkildə verilibsə, o zaman bu şəxs qeyri-insani bir məhsuldarlığa sahibdir. Əks halda, bu adların bir hissəsinin yalnız kağız üzərində yerləşdirildiyi və sistematik bir müəlliflik ticarətinin qurulduğu ehtimalı güclənir.
Bundan da vacibi, təqdim olunan ekran görüntülərində yer alan məqalələrin çoxunun “submission” (göndərilmə) və “acceptance” (qəbul edilmə) tarixləri arasında cəmi bir neçə həftəlik, bəzən sadəcə bir aylıq zaman kəsiyinin olmasıdır. Halbuki akademik ictimaiyyətdə çox yaxşı bilinir ki, bir məqalənin peer-review (rəy prosesi), düzəliş mərhələsi və redaksiya qiymətləndirməsi aylarla, hətta illərlə uzana bilər. Bu qədər sürətli qəbul və çap prosesləri jurnalın rəsmi praktikasına uyğun deyilsə, burada suallar yaranır:
• Bu məqalələr tanış redaktorlar vasitəsiləmi irəli çəkilir?
• Rəy prosesi formal olaraq keçibmi, yoxsa kağız üzərində tamamlanıbmı?
• Jurnalların bu sürətli prosesdən maliyyə və ya reytinq qazancı varmı?
Bu suallar akademik nəşrlərin şəffaflığı və etibarlılığı ilə bağlı ciddi şübhələr doğurur. Əgər müəyyən qruplar və müəlliflər redaktorlarla iş birliyinə girərək prioritetli şəkildə məqalə qəbul etdirirlərsə, bu, yalnız etik problem deyil, həm də elmi sistemin özəklərinə qarşı yönəlmiş strukturlaşmış sui-istifadə formasıdır.
Beləliklə, burada təkcə müəlliflik hüququnun deyil, həm də redaksiya sistemlərinin və elmi nəşr infrastrukturunun da sui-istifadəyə açıq olduğu görünür. Bu məsələlərin ciddi şəkildə araşdırılması, jurnal redaksiyalarının ictimai nəzarətə açıq olması və rəy proseslərinin şəffaf şəkildə sənədləşdirilməsi zəruridir.
Bu sistemə, təəssüf ki, bəzi azərbaycanlı müəllimlər də cəlb olunur. UNEC-də heç bir dərs keçməyən, elmi seminarlara qatılmayan, tələbələrə akademik və ya metodoloji töhfə verməyən yerli müəllimlər də bu modellə universitetə bağlı göstərilir. Onların bir çoxu sadəcə adı keçən “tədqiqatçı” statusu daşıyır və yeganə “təmas” nöqtəsi məqalədəki affiliation hissəsidir. Lakin bu, nə hüquqi baxımdan əmək münasibətidir, nə də akademik baxımdan elmi iştirakdır.
Üstəlik, bu tədqiqatların əksəriyyəti iqtisadiyyatyönümlü mövzularda olduğuna görə UNEC üçün münbit akademik saxtakarlıq mühiti yaradır. Ancaq bir məqalənin iqtisadi yönlü olması, onun hansı universitet adına yazıldığı ilə bağlı hüquqi və etik məsuliyyəti aradan qaldırmır. Mövzu uyğunluğu, real əməkdaşlıq və töhfə olmadığı halda etik əsas yaratmır.
Bu praktika, bir neçə fundamental etik qaydanı pozur:
1. Şəffaflıq və dürüstlük prinsipi – Müəllifin təşkilata real bağlılığı olmalıdır. Əgər həmin şəxsin UNEC-lə əmək müqaviləsi, araşdırma fəaliyyəti və ya ortaq layihəsi yoxdursa, sadəcə “ad göstərmə” yolu ilə affiliation yazmaq saxtakarlıqdır.
2. Affiliasiya sui-istifadəsi – COPE (Committee on Publication Ethics) qaydalarına əsasən, akademiklər yalnız əslində çalışdıqları və ya araşdırma apardıqları təşkilatları affiliation olaraq göstərə bilərlər. Formal və ya ödəniş qarşılığında universitet adının yazılması, etik sui-istifadə sayılır.
3. Resursların məqsədyönlü istifadə edilməməsi – Universitet büdcəsindən heç bir məhsuldar əmək münasibəti qurulmamış şəxslərə məqalə başına 400-3000dollara qədər qonorar ödənilməsi, dövlət və ya donor fondlarının istismar edilməsidir.
4. Universitet reytinqlərinin manipulyasiyası – Bu yolla UNEC-in beynəlxalq indekslərdəki məqalə sayı və görünürlüğü süni şəkildə artırılır. Amma bu rəqəmlər universitetin əsl elmi potensialını əks etdirmir və statistik manipulyasiya hesab olunur.
5. Bərabərlik prinsipinin pozulması – UNEC daxilində çalışan yerli akademiklər bu tədqiqat fondlarından bəzən faydalana bilmir. Xarici və yerli “əlverişli” müəlliflərə pulla yaradılan süni affiliasiya, real akademiklərin motivasiyasını sarsıdır və sistemdə ədalətsizliyə səbəb olur.
Bu cür fəaliyyətlərin davam etməsi, elmi fəaliyyətin kommersiyaya çevrilməsinə, nəticə yönümlü saxta strategiyalara və etibarsız akademik göstəricilərə gətirib çıxarır. Bu modelin tətbiqi ilə universitetlər real elmi inkişaf əvəzinə, reytinq siyahılarında görünən formal nəticələrlə məşğul olurlar. Halbuki bu göstəricilər dünya elmi ictimaiyyəti tərəfindən daim izlənilir və bu cür halların üzə çıxması ciddi reputasiya itkilərinə yol aça bilər.
Məqalələrdə göstərilən hər bir affiliation, akademik legitimliyin bir formasıdır. Bu, həm də həmin təşkilatın elmi məsuliyyət daşıdığına işarədir. Əgər universitet sadəcə adının yazılması üçün maddi qarşılıq verirsə, bu, özünün elmi nüfuzunu satması deməkdir.
Universitet rəhbərlikləri və Təhsil Nazirliyi bu praktikaya dərhal son qoymalı, bütün tədqiqatçı statusları yenidən nəzərdən keçirməli və yalnız real əməkdaşlıqlar və fəaliyyətlər üzərindən affiliation verilən mexanizm qurulmalıdır. Əks təqdirdə, Azərbaycanın ali təhsil sistemi “rəqəm uğrunda dəyərləri qurban verən” bir modelə çevriləcəkdir.
Məsələyə konkret nümunələrlə yanaşsaq, bu strukturun real nəticələri ortaya çıxır. Məsələn, Uğur Korkut Pata, Selin Kırıllar Pata, Muhammad Usman, Magdalena Radulescu və Daniel Balsalobre-Lorente kimi müəlliflər son bir neçə il ərzində UNEC-i affiliation olaraq göstərdikləri onlarla məqalə dərc etdiriblər. Halbuki bu müəlliflərin heç biri UNEC-də faktiki olaraq çalışmır, dərs keçmir, seminar vermir və tələbələrlə təmasda deyillər.
Geoscience Frontiers, Gondwana Research, Environmental Science and Pollution Research, Geological Journal və digər yüksək impaktlı jurnallarda çıxan məqalələrdə UNEC adı yalnız kağız üzərində görünür. https://x.com/Spottingthespot/status/1853489669272408467?lang=bg ünvanında da ictimai şəkildə ifşa olunan bu strukturlar sübut edir ki, UNEC-in beynəlxalq məqalə statistikasının bir hissəsi sistematik şəkildə qurulmuş saxta affiliasiya şəbəkəsinə əsaslanır.
Bu hallar, yalnız etik pozuntu deyil, eyni zamanda akademik statistikanın manipulyasiyası, ictimai resursların qeyri-səmərəli istifadəsi və elmi dəyərlərin kommersiyalaşdırılması deməkdir.
Son olaraq, akademik nüfuz və nəticə yalnız keyfiyyətli elmi töhfə ilə mümkündür. Satın alınmış affiliation, nə alim yaradır, nə də elm. (Gününsesi.info)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see208

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see172

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see155

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri