Icma.az
close
up
RU
Çörəyi bu mətbəx əşyasına bükün günlərlə təzə qalır!

Çörəyi bu mətbəx əşyasına bükün günlərlə təzə qalır!

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Demək olar ki, hər evdə olan, amma çox tez boyatlayan çörəklər üçün mütəxəssislər sadə və effektivüsul təqdim ediblər. 

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, çörəyi saxlamağın ən effektiv yolu "hava keçirdən mətbəx dəsmalı" istifadə etməkdir. Təmiz bir parçaya bükülən çörək artıq nəmi özünə çəkərək kif yaranmasının qarşısını alır. Eyni zamanda, parça çörəyin hava almasına imkan yaradaraq həm qabığının xırtıldığını, həm də içinin yumşaqlığını qoruyur.

Çörəyin kəsilmiş hissəsini aşağıya salaraq yerləşdirmək də havayla təmasını azaldır və boyatlama müddətini xeyli uzadır. Bu şəkildə bükülən bir çörək 2-3 gün, turş maya ilə bişirilmiş çörəklər isə hətta 1 həftəyə qədər təzə qala bilər.

Mütəxəssislərin sözlərinə görə, çörəyi saxlayarkən ən çox buraxılan səhvlərdən biri onu soyuducu, qabyuyan və ya istilik yaradan cihazların yanında saxlamaqdır. Bu bölgələrdə temperaturun və rütubətin dəyişməsi çörəyin ya qurumasına, ya da nəm çəkib kiflənməsinə səbəb olur.

Çörəyi sərin, quru və günəş işığı düşməyən yerdə saxlamaq məsləhətdir. Hava dövranını təmin etmək üçün kağız torba, kətan kisə və ya təmiz parça istifadə oluna bilər.

Əgər çörəyi bir neçə gün ərzində istehlak etməyi planlaşdırmırsınızsa, onu dondurmaq ən yaxşı seçimlərdəndir. Çörəyi əvvəlcə sıx şəkildə streç filmə büküb, sonra dondurucu torbasına qoymaqla, onun təzəliyini həftələrlə saxlamaq mümkündür.

Çörəyi istifadə etməzdən əvvəl gecə boyu otaq temperaturunda əriməyə qoymaq və sonra qısa müddət qızdırmaq kifayətdir. Bu üsulla çörək sanki yenicə sobadan çıxmış kimi təzə və dadlı olur.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Oktyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri