Icma.az
close
up
RU
Akademik: Quraqlıq və torpağın deqradasiyası alimləri ciddi düşünməyə və çıxış yolları axtarmağa sövq edir AZƏRTAC

Akademik: Quraqlıq və torpağın deqradasiyası alimləri ciddi düşünməyə və çıxış yolları axtarmağa sövq edir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin mühüm müddəalarından biri ərzaq təhlükəsizliyinə nail olunmasıdır. İqlim dəyişikliyinin ərzaq sisteminə mənfi təsiri bu məqsədin icrasını, əhalinin davamlı və sağlam qidaya çıxışı üçün edilən bütün səyləri risk altında qoya bilər. Dünyanın əksər yerlərində olduğu kimi, Azərbaycanda da quraqlıq, torpağın deqradasiyası və səhralaşma problemləri aktualdır.

AZƏRTAC xəbər verir ki, bunu COP29 iqlim konfransında “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda keçirilən yan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova söyləyib.

Akademik deyib: “Mövcud problemlər alimləri ciddi düşünməyə və çıxış yolları axtarmağa vadar edir. Ərzaq və bioloji təhlükəsizliyə müasir yanaşmaların tətbiqi ilə töhfə verilməsi rəhbərlik etdiyim AMEA Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olur. Ölkədə tədqiqatlar üçün Bölmə tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlərdən ikisini qeyd etmək istərdim. Bunlardan biri biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılmasıdır, digəri isə bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib-hazırlanmasıdır”.

Biologiya və Tibb Elmləri Bölməsinin rəhbər xatırladıb ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə Genetik Ehtiyatlar İnstitutunda Milli bitki Genbankının yaradılmasında ICARDA-nın texniki dəstəyi mühüm rol oynayıb: “Hazırda burada, eləcə də Əkinçilik, Meyvəçilik və Çayçılıq, Tərəvəzçilik və digər elmi-tədqiqat institutlarında yerli torpaq-iqlim şəraitlərinə uyğunlaşma əlamətlərini daşıyan minlərlə bitki nümunəsi, o cümlədən mədəni bitkilərin yabanı əcdadları və xalq seleksiyası sortları toplanaraq mühafizə edilir, öyrənilir və tövsiyələr verilir. Bütün bu genetik müxtəliflikdən səmərəli istifadə etməklə ölkə alimləri tərəfindən son 6-7 il ərzində 70-dən çox davamlı sort yaradılıb və rayonlaşdırılıb”.

Akademik İradə Hüseynova qeyd edib ki, daha bir məsələ müasir aqrar texnologiyalarının tətbiqidir: “FAO-nun və CGIAR mərkəzlərinin dəstəyi ilə bir neçə becərmə və suvarma, bitki mühafizəsi, torpaqların yaxşılaşdırılması texnologiyaları ölkəyə gətirilib. Onların yerli şəraitdə tədqiqi və sınaq proseslərinə elmi-tədqiqat müəssisələri, Azərbaycan Dövlət Aqrar Universiteti, aqroholdinqlər cəlb edilib. 2020-ci ildən etibarən ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılıb ki, bu sistem su və torpaqlardan istifadənin səmərəliliyinin təmin olunmasına xidmət edir.

“Agrofood” sistemindəki tədqiqatlarda rəqəmsallaşdırılma və digər yüksək texnologiyalar sürətlə dəyişən iqlim və torpaq şəraitinə uyğunlaşmanı vaxtında təmin etməyə kömək edir. Rəhbərlik etdiyim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda rəqəmsal fenomiks, genomiks, molekulyar, biokimyəvi, morfo-fizioloji və biofiziki parametrlərin bioinformatik proqramlarla kompleks müqayisəli analizinin nəticələri artıq davamlı sortların yaradılmasında birbaşa tətbiq edilib.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində davamlılıq kimi multimürəkkəb əlamətlərin genetik “arxitekturası”nın təyini üzrə tədqiqatlarda artıq irimiqyaslı genetik analizlər aparılır. Bu baxımdan, son tədqiqatlarımızda buğda genomunda yüksək dəqiqliklə təsərrüfat əhəmiyyətli multimürəkkəb əlamətlərin genetik izlərini identifikasiya etmək məqsədilə GWAS (genome-wide association studies) - bütöv genom üzrə qiymətli əlamətlərlə ilişikli assosiasiyaların təyini analizi aparılıb. Bunun üçün 188 yumşaq buğda genotipi 25k SNP-Array-Chip tətbiq etməklə tədqiq edilib. Rəqəmsal fenotipləmə texnologiyasından istifadə etməklə bitkilərin fizioloji vəziyyəti qeyri-invaziv olaraq (25 parametrin hesablanması əsasında) qiymətləndirilib. Ən müasir transkriptom analiz aləti hesab olunan RNAseq metodundan istifadə etməklə stresə davamlı və həssas buğda genotiplərində quraqlıq, istilik və duz stresləri ilə induksiya olunan transkriptom analizləri həyata keçirilib.

İnstitutda, həmçinin ölkə üçün aktual olan bitki xəstəliklərinin tədqiqi, diaqnostikası, onlara qarşı mübarizə üçün tövsiyələrin hazırlanması istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə edilib”.

Akademik bildirib ki, kənd təsərrüfatının dayanıqlılığında, karbon emissiyası məsələlərində bir vacib elmi istiqamət də fotosintezin daha dərindən öyrənilməsidir: “Bu sahədə də bizim institut böyük təcrübəyə malikdir. Hələ 70 il öncə Azərbaycanda “yaşıl inqilab”ın atası, akademik Cəlal Əliyev məhsuldarlıq proseslərinin nəzəri əsası kimi fotosintezin kompleks şəkildə tədqiqi ilə ideal buğda bitkisi tipinin yüksək məhsuldarlığını təyin edən prinsipləri işləyib-hazırlamışdı. Bu tədqiqatlar molekulyar-genetik səviyyədən başlayaraq bütöv bitki və əkində qədər bütün prosesləri əhatə edib. Alınan nəticələr əsasında yaradılmış qısaboylu, məhsuldar sortlar ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayıb”.

İradə Hüseynova elm və innovasiyalara istiqamətlənmiş investisiya qoyuluşlarının tezliklə böyük və uzunmüddətli faydalar verəcəyinə əmin olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri