Icma.az
close
up
RU
Akademik Zərifə Əliyeva Azərbaycanda elmi yeniliklərlə yanaşı, dostluq məktəbinin də əsasını qoyub

Akademik Zərifə Əliyeva Azərbaycanda elmi yeniliklərlə yanaşı, dostluq məktəbinin də əsasını qoyub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

Bu gün dünyaşöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə beynəlxalq konfrans keçirilir. Konfransda 300 nəfərədək həkim heyəti qeydiyyatdan keçib. Tədbirdə paytaxtla yanaşı, müxtəlif regionlardan olan oftalmoloqlar, o cümlədən Türkiyə, Rusiya və Avropa ölkələrindən alimlər iştirak edirlər. Konfransın keçirilməsinin əsas məqsəd elmi yeniliklərin və təcrübələrin bölüşülməsindən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. Y.Abdıyevanın sözlərinə görə, akademik Zərifə Əliyeva Azərbaycanda elmi yeniliklərlə yanaşı, dostluq məktəbinin əsasını qoyaraq, həkimlərin "Biz birlikdə güclüyük" devizi altında elmi yenilikləri bölüşməsinə xüsusi töhfə verib. Zərifə xanım Əliyeva elmi fəaliyyəti ilə yanaşı, həm də ictimai fəaliyyəti ilə həkimlərə nümunə olub. O, kitablarında yüksək əqidənin həkimlərin yüksək vəzifəsi olduğunu, hər bir həkimin təhsili ilə yanaşı, tərbiyəsinin də önəmli olduğunu bildirib. Görkəmli oftalmoloq-alim xeyirxah əməlləri ilə də tibb işçilərinə örnək idi. O, həkimlərə öz doğması kimi yanaşmağı, səmimiyyət göstərməyi tövsiyə edirdi. Onun fəaliyyətinə bələd olan dünyaşöhrətli alimlər Zərifə xanım haqqında yüksək fikirlər qeyd edir, ona sevgilərini ifadə edirlər.

“Zərifə xanımın irsinə sadiq olaraq mərkəzimizdə peşə oftalmologiyasına dair elmi işlər davam edir. Mərkəzin rəhbəri Elmar Qasımovun rəhbərliyi ilə gənc alimlər bu işdə fəallıq nümayiş etdirirlər. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan oftalmologiyası çox yüksək inkişaf səviyyəsindədir. Hazırda həm mərkəzdə, həm də Gəncə, Şəki, Masallı filiallarında Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması üçün işlər görülür. Ötən ildən etibarən Prezident İlham Əliyevin "Böyük Qayıdış" Proqramına qoşularaq Avtomobil Səyyar Klinikası vasitəsilə Cəbrayıl, Xankəndi, Laçın və digər azad edilmiş ərazilərdə yüksəksəviyyəli tibbi aksiyalar keçiririk”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri