Qaçılmaz fəlakət olacaq, hazır olun Ukraynaya xəbərdarlıq
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr səbəbindən qarşıdan gələn qış Ukrayna üçün son dərəcə ağır keçə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb. Məqalədə vurğulanır ki, bu vəziyyət ölkənin enerji sisteminin çökməsi riski yaradır və nəticədə humanitar böhran təhlükəsi artır.
“Bild”in məlumatına görə, Ukraynanın ən iri özəl enerji şirkəti olan DTEK-in obyektləri hərbi əməliyyatların başlanmasından bəri 210 raket və pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. Onlardan 54-ü tək bir elektrik stansiyasına düşüb. Nəşr yazır ki, ölkənin qaz infrastrukturunun təxminən 60 faizi artıq ciddi zədələnib.
“Əgər Ukraynanın enerji sistemi çökərsə, ölkəni qaçınılmaz fəlakət gözləyir. Qarşıdan gələn qış ən ağır olacaq”, – məqalədə qeyd olunur.
Tahir Turan
Baxış sayı:88
Bu xəbər 30 Oktyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















