Icma.az
close
up
RU
Akademik: Vasim müəllimin yeri daim görünür

Akademik: Vasim müəllimin yeri daim görünür

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 avqust AZƏRTAC

Vasim müəllimin həyatdan köçməsi elm və təhsil sahəsində bir boşluq yaradıb. O, yalnız fundamental elmi əsərləri ilə deyil, həm də pedaqoji fəaliyyəti, yüksək intellekti, natiqlik məharəti və insanlara göstərdiyi mənəvi dəstəklə yadda qalıb. Onun yetişdirdiyi alimlər və tələbələr, formalaşdırdığı elmi məktəb və zəngin irsi bu böyük şəxsiyyətin adını gələcək nəsillərə çatdıracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.

Akademik xatirələrinə Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın sözləri ilə başlayıb:

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

“Biz onun kitabları ilə yetişmişik, onun mühazirələrinə qulaq asa-asa formalaşmışıq, bir alim kimi püxtələşmişik. Vasim müəllimin alim kimi xidmətlərindən danışarkən onun ərəb dilçiliyi sahəsində fundamental tədqiqatlarını xüsusi qeyd etməliyik. Bəsrə, Kufə və Qahirə qrammatika məktəblərinə həsr olunmuş monoqrafiyaları, “Ərəb dilçiliyi” kitabı, Quranın tərcüməsi və digər əsərləri uzun illər ərzində şərqşünasların müraciət etdiyi əsas elmi mənbələr sırasında olub. Əlbəttə ki, bütün şərqşünaslar üçün stolüstü kitaba çevrilib”, - deyə akademik bildirib.

Müsahibimiz vurğulayıb ki, akademik Vasim Məmmədəliyevin gözəl nitq qabiliyyəti, yüksək pedaqoji istedadı var idi: “O dövrdə ölkəmizdə Azərbaycan dilində onun qədər rəvan, səlis və ifadəli danışan insanlar, etiraf etməliyik ki, çox az idi. Azərbaycan dilinin incəliklərini dərindən duyur, fikirlərini son dərəcə aydın, obrazlı və təsirli şəkildə ifadə edirdi. Onun nitqində həm elmi dərinlik, həm də dinləyiciyə təsir edən xüsusi bir səmimiyyət vardı. Natiqlik istedadı onun şəxsiyyətini tamamlayan mühüm xüsusiyyətlərdən biri idi. O, yalnız elm öyrədən müəllim deyil, danışığı, davranışı və dünyagörüşü ilə də insanlara nümunə olan pedaqoq idi.

Onun verilişlərinə bütün respublika daim qulaq asırdı, baxırdı və hamımız valeh olurduq onun çıxışlarına”.

Gövhər Baxşəliyeva qeyd edib ki, Vasim müəllimin ərəb dilini yüksək səviyyədə bilməsi onun həmkarlarının xatirələrində xüsusi yer tutur: “İraqda tərcüməçilik etdiyi zaman onun ərəb dilindəki danışığı o qədər mükəmməl olub ki, yerli ərəblər onun azərbaycanlı olduğunu anlamayıblar. Vasim müəllimin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ilahiyyat elminin və fənninin respublikada formalaşmasında mühüm xidmətləri olub. Onun insanlarla münasibəti də xatirələrdə xüsusi yer tutur. Həmkarlarına əlindən gələn köməyi göstərir, onların elmi fəaliyyətinə dəstək olur, kitabların redaktəsində iştirak edir, dissertasiya müdafiələrində opponent və şura üzvü kimi çıxış edirdi”.

Akademik Gövhər Baxşəliyeva doktorluq dissertasiyasının müdafiəsini də xüsusi minnətdarlıqla xatırlayıb: “Mənim doktorluq müdafiəmdə Vasim müəllim opponent kimi çıxış etdi, çox gözəl də çıxış etdi və mən buna görə ona daim minnətdaram. Allah ona rəhmət eləsin. Yeri daim görünür”.

Müsahibimiz xatirələrinin sonunda Ernest Heminqueyin “Əcəl zəngi” romanına epiqraf seçilmiş ingilis şairi Con Donnun fikirlərini diqqətə çatdırıb: “Elə bir insan yoxdur ki, ada kimi tək-tənha dayanıb dursun. Hər insan qitənin bir parçası, qurunun bir parçasıdır. Dalğalar sahildə dikələn qayanı qoparıb dənizə aparsa, sahilin bir guşəsini qoynuna alsa, sənin, ya səni dostunun qəsrini uçurub dağıtsa, Avropa kiçilər; hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən”.

Bu fikir Vasim müəllimin itkisinə münasibətdə də xüsusi məna daşıyır. Çünki həyatdan gedən yalnız bir alim, bir müəllim, bir həmkar deyil. Onunla birlikdə onu tanıyan, ondan öyrənən, onunla bir dövrü bölüşən insanların həyatından da böyük bir parça ayrılıb”.

Müxbir - Tünzalə Arazlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri