Icma.az
close
up
RU
Akademik və şairin eyni ad soyadlı qızları Biri digərinin badına gedib

Akademik və şairin eyni ad soyadlı qızları Biri digərinin badına gedib

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda iki məşhur şəxsin - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və şair Baba Vəziroğlunun övladları eyni ad-soyadı daşıyırlar: Günay Məsimova.

Son bir neçə gündür onlar da valideyləri qədər məşhurdular. Mətbuat onlardan yazır, sosial mediada fotoları paylaşılır, şərhlər yazılır. Məsələ ondadır ki, onları məşhurlaşdıran valideyləri deyil. Bir Günay Məsimova digər ad və soyaddaşını hamının dilinə-dişinə salıb.  

Hadisə isə belədir: Almaniyada bank seyfindən İsa Həbibbəylinin qızı Günay Məsimovaya məxsus bir milyondan çox xarici valyutada pul və qiymətli əşyalar oğurlanıb. Mətbuat bunu yazıb, sosial şəbəkələrdə paylaşılıb. Amma bu zaman başqa Günay Məsimovanın - Baba Vəziroğlunun qızının fotolarından istifadə edilib.

Ona görə də o, məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb.

B.Vəziroğlunun qızı sosial şəbəkədə yazıb:

“Xaricdə, ölkə xarici və daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə, London səfərlərim iş xarakteri daşıyır. Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur”.

O bildirib ki, lazım olan hər şeyi özü qazanıb:

“Salam! Mən Günay Məsimova Baba qızı. Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan. Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam. Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib həmişə. Media işçilərinə məsləhət - xəbərləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. Gunay Masimova yazıb axtarış verərkən mənim adım çıxırsa, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil. Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur , şerlə, sənətlə, düzgün iş və əməllə”. 

Baba Vəziroğlu həmin yazını sosial media hesabında paylaşaraq, qeyd edib ki, qızı hazırda Londonda oxuyur:

“Bu yazını oxuyan media nümayəndələrinə salam olsun. Qızım Londonda media və jurnalistlika oxuyur, o gün olsun bitirib qayıtsın, sizə dərs keçsin bir az”.

Yenisabah.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri