“Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsindən 3 il ötür FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsindən üç il ötür. Gəminin istifadəyə verilməsi mərasimi 2022-ci il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, Xəzər dənizində istismar edilən tanker üç il ərzində müxtəlif limanlara ümumilikdə 130 səfər həyata keçirib və ümumilikdə 852 449 101 ton neft və neft məhsulu daşıyıb.
Son bir ildə isə gəmi 46 səfər edib və bu müddətdə 287 935 993 ton yükü təyinat limanına çatdırıb.
Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















