Icma.az
close
up
RU
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şağanda aksiya keçirib FOTO Yeni Gündəm

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şağanda aksiya keçirib FOTO Yeni Gündəm

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18 mart 2025-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tibbi aksiyası həyata keçirilib.

“Yeni Gundem”in məlumatına görə, aksiyanın əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara tibbi xidmətin göstərilməsi və onların sağlamlıq problemlərinin aradan qaldırılmasına dəstək olmaqdır.. Bu cür aksiyalar uşaqların həyat keyfiyyətini artırmaq və onlara müvafiq tibbi yardımı çatdırmaq üçün vacibdir.

Müayinələrlə yanaşı, Novruz Bayramı münasibətilə uşaqlar üçün xüsusi şənlik keçirildi. Bu şənlik uşaqların üzündə təbəssüm yaratdı. Bayram süfrəsi, musiqi və rəqslər, həmçinin Novruzun ənənəvi simvolları olan Keçəlin və Kosanın iştirakı ilə təşkil olunan şənlik, uşaqların sosial bacarıqlarının inkişafına və onları bayram atmosferinə daxil etməyə kömək edib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən belə tədbirlər çox əhəmiyyətlidir. Dövlətimizin uşaqlara göstərdiyi dəstək və qayğı bu tədbirlər vasitəsilə özünü bir daha təsdiqləyir. 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikovanın rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilən bu proqram həm tibbi, həm də sosial reabilitasiya sahələrində vacib addımlar atır. Burada uşaqların reabilitasiya prosesləri ilə yanaşı, onların ümumi inkişafını stimullaşdıran fəaliyyətlər də təşkil olunur. Uşaqlar müxtəlif əl işləri ilə məşğul olurlar: rəssamlıq, heykəltaraşlıq, tikiş və digər sənət sahələrindəki fəaliyyətlər onların zehni inkişafını gücləndirir.
Eyni zamanda, Sevinc xanımın təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində bu uşaqların iştirakı ilə konsert təşkil olunub. Bu tədbir uşaqların sənət və mədəniyyət sahəsindəki bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradıb və onların özlərini ifadə etmələri üçün dəyərli bir fürsət olub. Bu tip tədbirlər onların ictimaiyyətlə əlaqə qurmasına və cəmiyyətə inteqrasiya olunmalarına böyük töhfə verir.

Təəssüf ki, bəzi valideynlər sağlamlıq imkanları məhdud uşaqları evdə saxlayır, onları cəmiyyətdən gizlədirlər. Bu yanaşma isə düzgün deyil. Əksinə onlar onların cəmiyyətə inteqrasiyasına şərait yaradılmalıdır. Onların da digər uşaqlarla bərabər böyüməsi, eyni hüquqlara sahib olmaları vacibdir. Ancaq belə tədbirlər göstərir ki, bu uşaqların da cəmiyyətdə yerləri var və onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Onların digər uşaqlarla bərabər böyüməsi və eyni hüquqlara sahib olmaları vacibdir.

Cənab Prezident İlham Əliyevin həssas təbəqədən olan şəxslərə, xüsusilə uşaqlara göstərdiyi dəstək və bu sahəyə yönəlmiş xüsusi diqqət, həmçinin cəmiyyətin bu uşaqların təhsilinə, sağlamlığına və inkişafına verdiyi önəm çox mühüm sosial mesaj daşıyır. Bu tədbirlər, dövlətin və cəmiyyətin sağlamlıq imkanları məhdud uşaqlara verdiyi dəstəyin aydın və bariz nümunəsidir. Eyni zamanda, bu cür dəstəkləyici təşəbbüslərin gələcəkdə daha da gücləndirilməsi, bu uşaqların cəmiyyətə tam inteqrasiyası və bərabər hüquqlara sahib olmaları baxımından vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 18 Mart 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri