Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Akademik Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına misilsiz töhfə vermişdir

Akademik Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına misilsiz töhfə vermişdir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri 

Akademik Zərifə Əliyeva zəngin mənəviyyatı və yüksək ziyalılığı ilə ömrü boyu şərəfli və mənalı bir yol keçmiş, dərin elmi bilikləri və əzmkarlığı ilə ölkəmizdə tibb elminin inkişafına mühüm töhfələr vermişdir. Onun oftalmologiya sahəsindəki çoxillik araşdırmaları nəticəsində ərsəyə gələn qiymətli elmi əsərləri hər zaman böyük rəğbətlə qarşılanmış və yüksək dəyərləndirilmişdir. Alim tərəfindən irəli sürülən yeni müalicə üsulları və genişmiqyaslı profilaktik tədbirlər qısa müddət ərzində tibbi praktikaya uğurla tətbiq olunmuşdur. Azərbaycanda oftalmologiya üzrə ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması da məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə mümkün olmuşdur. Həkimlik əxlaqını və humanist dəyərləri öz elmi və pedaqoji fəaliyyətində daim ön planda tutan Zərifə xanım ölkəmizdə peşəkar tibbi kadrların yetişdirilməsi sahəsində böyük əzmkarlıq göstərmiş, gənc oftalmoloqların yetişdirilməsində əvəzsiz rol oynamışdır.

Akademik Zərifə Əliyeva həm Azərbaycan tarixində, həm də dünya oftalmologiya elmi sahəsində öz silinməz izini qoymuşdur. O, aprel ayında dünyaya gəlmiş, elə həmin ayda da əbədiyyətə qovuşmuşdur. Onun şəxsiyyəti, insani keyfiyyətləri və alim obrazı qələmə aldığı əsərlərində daim yaşayır.

Zərifə xanım Əliyeva Azərbaycanın tibb elminin inkişafına, xüsusilə də oftalmologiya sahəsinə verdiyi misilsiz töhfələri ilə adını elm tariximizə qızıl hərflərlə yazdırmışdır. Zərifə xanımın tədqiqatları nəticəsində ölkəmizdə traxoma kimi ciddi bir sosial xəstəliklə mübarizədə mühüm irəliləyiş əldə olunmuş, müalicə və profilaktika sahəsində əsaslı elmi nailiyyətlər əldə edilmişdir. Onun təşəbbüsü ilə yaradılmış oftalmoloji laboratoriya bu sahədə aparılan tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Onun elmi araşdırmaları, minlərlə insana şəfa bəxş edən müalicə metodları, gənc həkimlərin yetişməsində göstərdiyi fədakarlıq bu gün də böyük hörmət və rəğbətlə xatırlanır. Onun timsalında qadına, anaya, elm adamına xas olan bütün gözəl xüsusiyyətlər bir araya gəlmişdi. Əllərinin şəfası, dərin elmi bilikləri, mehriban və qayğıkeş davranışları ilə minlərlə insanın gözlərinə nur bəxş etmişdir. Lakin Zərifə xanım Əliyevanın böyüklüyü yalnız elm sahəsindəki uğurları ilə məhdudlaşmır. O, həm də yüksək mənəvi keyfiyyətlərə malik, qayğıkeş bir ana, mehriban ömür-gün yoldaşı, ləyaqətli bir Azərbaycan qadını idi. Ömrünün hər anında insanlara sevgi, şəfqət və mərhəmət bəxş edərək, həqiqi həkim və ziyalı nümunəsi olmuşdur.

Azərbaycanın incisi sayılan Naxçıvanın Şahtaxtı kəndində dünyaya gələn Zərifə xanım tibb elminə yeni səhifələr yazan görkəmli alimə çevrildi. Qadın oftalmoloqlar arasında ilk dəfə olaraq M.İ. Averbax adına Tibb Elmləri Akademiyasının mükafatına layiq görülməsi onun beynəlxalq nüfuzunun göstəricisidir. Zərifə xanım həm də Azərbaycanın şanlı tarixində özünəməxsus yer tutmuşdur.

Hələ məktəb illərindən çalışqanlığı, məsuliyyəti və insanpərvərliyi ilə seçilən Zərifə Əliyeva müəllimləri və yoldaşları tərəfindən sevilmiş, ailəsindəki sevgi və hörmətin əks-sədası məktəb mühitində də hiss olunmuşdur. Görkəmli alim və ictimai xadim Əziz Əliyevin ailəsində dünyaya gəlmiş Zərifə xanım tələbəlik illərində də öz zəkası və sadəliyi ilə seçilərək həmyaşıdlarının hörmətini qazanmışdır.

Son dərəcə mərd, mərhəmətli və nəcib insan olan Zərifə Əliyeva həm də ailə dəyərlərinə sadiq bir ana və vəfalı ömür-gün yoldaşı olmuşdur. Dahi siyasi xadim Heydər Əliyevin həyat yoldaşı olmaq kimi böyük məsuliyyət daşıyan Zərifə xanım ailəsinin daim nümunəvi olmasına çalışmış və bu məsuliyyətin öhdəsindən ləyaqətlə gəlmişdir. Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat yolunda onun sadiq və fədakar həyat yoldaşı Zərifə xanımın dəstəyi əvəzedilməz olmuşdur. Onun bu möhtəşəm yolda tutduğu mövqe və göstərdiyi fədakarlıq tarixə yazılmışdır.

Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, qalib Azərbaycanımızın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əziz anasıdır. Bu möhtəşəm ailənin təməlində də Zərifə xanımın vəfalı, müdrik, fədakar obrazı dayanır. Prezident cənab İlham Əliyevin öz sözləri ilə desək: "Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur... Onun bütün fəaliyyəti insan amilinə əsaslanırdı. O həm yüksək peşəkar, həm də çox xeyirxah bir insan idi."

Zərifə xanım Əliyevanın adı bu gün də müxtəlif elmi mərkəzlərdə, tibb müəssisələrində əbədiləşdirilmişdir. Onun əziz xatirəsi minlərlə insanın qəlbində yaşayır. Çünki o, insanlara nur bəxş edən, onları görməyə dəyər bir dünyanı sevməyə təşviq edən işıq adamı idi.

Zaman keçəcək, əsrlər dəyişəcək, lakin Zərifə xanım kimi elm fədailəri hər zaman yaddaşlarda yaşayacaq. Onun şərəfli ömrü, tibbə və cəmiyyətə xidmətləri bu gün də Azərbaycanın həyatında hiss olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri