AKAF konsept trenajorda avarçəkmə yarışı keçirəcək İLK DƏFƏ İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda Federasiya birinciliyi təşkil edəcək.
İdman.biz xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışa Bakı və Mingəçevirdən olan 30 nəfərdən çox idmançı qatılacaq.
Qalib idmançılar federasiya tərəfindən diplomla mükafatlandırılacaq. Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki hazırlıqlarının yoxlanılmasıdır.
Qeyd edək ki, konsept trenajorda avarçəkmə yarışları dünyada geniş yayılıb. Bu növdə Avropa və dünya çempionatları kimi böyük yarışlar keçirilir.
İdman.biz

AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
26 Yanvar 2025 19:59
Azərbaycanda ilk dəfə təşkil olunan konsept trenajorda avarçəkmə yarışının qalibləri bəlli olub
03 Fevral 2025 13:53
AKAF COP29la bağlı avarçəkmə yürüşü keçirəcək
13 Noyabr 2024 20:47
Akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirildi Fotolar
03 Fevral 2025 13:45

