Icma.az
close
up
RU
Akif Nağının övladları: Üç qız, bir oğlan Yeni trendləri qəbul etməyən gənclər FOTO

Akif Nağının övladları: Üç qız, bir oğlan Yeni trendləri qəbul etməyən gənclər FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Onlar siyasət meydanında deyil, amma bir çox hallarda diqqət mərkəzində olurlar. Ataları və ya anaları ölkənin taleyüklü məsələlərində önə çıxanda, onların özü də cəmiyyətin maraq dairəsinə düşürlər. Söhbət siyasətçi övladlarından gedir: onlar kimdirlər, nə işlə məşğuldurlar, valideynlərinin nüfuzu onların həyat yoluna necə təsir edib?
Akif Nağı uzun illərdir Azərbaycan siyasətində "külüng vurur". O, 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatı İdarə Heyətinin üzvü, sonra isə həmsədri olub. 2000-ci ildə Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatına çevrilib. Həmin vaxtdan təşkilatın sədri olub.

Qarabağ Azadlıq Təşkilatının 17 avqust 2022-ci ildə Bakı şəhərində VI Qurultayı keçirilib. Qurultayda təşkilatın bazasında Azad Vətən Partiyası yaradılıb, Akif Nağı isə partiyanın sədri seçilib.

Partiya sədrlərinin siyasi fəaliyyətləri, çıxışları, açıqlamaları həmişə diqqət çəkir. Azərbaycan ictimai rəyində belə bir təsəvvür formalaşıb ki, partiya liderləri bir çox məsələlərdə nümunə olmalıdır, eləcə də övlad yetişdirməkdə.

Modern.az saytı “Siyasətçi övladları” rubrikasında bu dəfə Akif Nağının uşaqlarından bəhs edir.

Akif Nağının 3-ü qız, 1-i oğlan olmaqla 4 övladı var.

"3 qızım 1 oğlum  var. Oğlum Qazax 1993-cü ildə dünyaya gəlib. Böyük qızım Günel 1984, ortancıl qızım Aysel 1986, sonbeşik qızım Gülnar isə 1989-cu ildə anadan olub. Qızlarımın hər üçü ali məktəbi bitirib.
Oğlum Qazax DİM-in imtahanı ilə Kooperasiya Universitetinə qəbul olunub, daha sonra köçürmə ilə Ukraynaya-Poltovaya gedib və orada İqtisadiyyat Universitetinin bakalavr pilləsini bitirib. Ali təhsilini başa vurandan sonra Bakıda qayıdaraq, müəyyən müddət işlədi, ardınca əsgərliyə getdi. 2016-cı ildə cəbhə xəttinin Ağdam-Füzuli istiqamətində hərbi xidmət kəçdi. Ordudan qayıdandan sonra bir müddət turizm sahəsində çalışdı.
Turizmlə bağlı işini daha sonra Türkiyədə Ankara, Balıkesir və İstanbul şəhərlərində davam etdirdi. Ankarada çalışdığı vaxt Hacettepe Universitetində iqtisasiyyat və menecment üzrə magistr təhsili aldı.
Hazırda Dövlət Məşğulluq Agentliyində aparıcı mütəxəssis kimi çalışır. Axşamlar isə UNEC-də magistrlərə dərs deyir.

Böyük qızım Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsini, ortancıl qızım Beynəlxalq Universiteti, kiçik qızım isə Türkiyədə Akdeniz Universitetini bitirib. Heç biri işləmirlər. Hər üçü ailəlidirlər, uşaqları var, hələ ki onlarla məşğuldurlar",- A.Nağı övladlarının hazırkı işləri barədə deyib.

Partiya sədri uşaqlarını istədiyi kimi yetişdirdiyini vurğulayıb:

"Mən hesab edirəm ki, uşaqları istədiyim kimi yetişdirmişəm. Ən azı vətənə, dövlətə bağlı insanlardır. Pis vərdişləri yoxdur. Valideynin uşağa verdiyi ən böyük pay, töhfə onların tərbiyəsidir. Mən onların tərbiyəsindən tam razıyam. Dördü də evlidir. Yaxşı ailələri var, hər şey qaydasındadır. Cəmiyyətdə də öz mövqeləri var. Ən azı fəxr edirəm ki, mənim övladlarım vətənpərvərdirlər. Qarabağ Azadlıq Təşkilatının mitinqlərinin əksəriyyətində həyat yoldaşım da daxil olmaqla hamısı iştirak edirdilər. Bunu özlərinə borc bilirdilər. Qarabağ Azadlıq Təşkilatının, Akif Nağının fəaliyyətini o qədər də başa düşməyənlər vardı. Düşünürdülər ki, niyə öz kareyerası ilə məşğul olmur, Qarabağ uğrunda mübarizə aparır, işindən olur, vaxtilə Universitetdən çıxarılmışdım. Amma mənim ailəmdə məni başa düşürdülər. Düşünürdülər ki, atamız bu işin içindədirsə, deməli, o millət, dövlət üçün çalışır. Övladlarım indi də dünyada baş verən hadisələrə diqqətlə yanaşırlar".

Akif Nağı övladlarının siyasətlə məşğul olmasını arzu etmədiyini söyləyib:

"Övladlarım arasında siyasətlə ciddi çəkildə məşğul olanı yoxdur. Oğlum müəyyən mənada siyasətlə maraqlanır. Bununla bağlı yazıları da var. Baş verən daxili və xarici hadisələrlə bağlı mövqe də bildirir. Amma daha çox özünün peşə fəaliyyəti ilə məşğuldur. Universitetdə dərs dediyi üçün elmi iş müdafiəsi haqda düşünür. Mən özüm zorən siyasətçi olmuşam. Heç mən də siyasətçi olmaq istəmirdim. Daha çox elm sahəsində pedaqoq kimi çalışmaq istəyirdim. Qarabağla bağlı faciəli vəziyyət yarandı, 1993-cü ildə insanlar təlaşla, təşvişlə bir araya gəldilər. Mən də onlarla bir yerdəydim. “Nə etmək lazımdı?”,- deyə düşündük. Belə bir fikir yarandı ki, bu təşkilat (Qarabağ Azadlıq Hərəkatı-red.) yaranmalıdır. Ən azı ictimai xətlə Qarabağın azadlığı uğrunda iş aparılmalıdır. O dövrdə mən bu şəkildə siyasətə gəldim. Doğru Yol Partiyasında fəaliyyət göstərirdim. Sonra bu partiya Müsavat Partiyasına birləşdiriləndə rəhbərlikdə çalışdım. 2005-ci ildə siyasətdən öz arzuma uyğun olaraq uzaqlaşdım. Qarabağ Azadlıq Təşkilatının fəaliyyəti həm də siyasiydi. Amma daha çox ictimai hərəkat xarakterliydi. Övladlarımın da siyasətlə məşğul olmasını o qədər arzu etməzdim, amma bunu istəsəydilər, onlara mane də olmazdım".

Partiya sədri övladlarının ən sevdiyi cəhətlərindən də bəhs edib:

"Onlar Azərbaycan vətəndaşları kimi böyüyürlər. Azərbaycandan çıxıb kənarda yaşamaq istəyənlərə o qədər də yaxşı baxmırlar. Bu xüsusiyyətləri xoşuma gəlir. Yəni "bir tikə çörəyimiz olsun, öz vətənimizdə, evimizdə olaq" prinsipinə bağlıdılar. Qarabağlıyıq. Onların hər birinin Qarabağa, kəndimizə sevgisi çox böyükdür. Bu mənim xoşuma gəlir. Yəni təbii prosesdir. Ailəcanlıdılar. Dünya qloballaşıb, sosial media və digər yeni trendlər var, oların heç birini qəbul etmirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri