Akkan Suver: Azərbaycan Prezidenti sülhü rəsmiləşdirərək yeni tarix yazdı
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbul, 9 avqust, Günel Karatepe, AZƏRTAC
Azərbaycan ilə Ermənistan arasında atılan ortaq imzadan, sülh, sabitlik və gələcəyimiz naminə böyük məmnunluq hissi keçirdik. Vaşinqtonda ortaya qoyulan iradə, Qafqazın əmin-amanlığı, gələcəyi və rifahı üçün tarixi bir fürsətdir. Ümid edirik ki, bu fürsət yaşadığımız ixtilaf və müharibələrin gələcəyi üçün yeni, nümunəvi yol xəritəsi yaradacaq.
Bu fikirləri AZƏRRAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver deyib.
O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın döyüş meydanındakı uğurunu sülh masasında rəsmiləşdirərək yeni tarix yazıb: “Onun yazdığı bu yeni tarix Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün qızıl fürsətdir. Bu fürsət ticarət, diplomatiya və humanitar münasibətlər üçün olduğu kimi, gələcək nəsillərə də parlaq və təhlükəsiz sabahlar təmin edəcək. Bu münasibətlə Azərbaycan dövlətini təbrik edirik. Marmara Qrupu Vəqfi olaraq, vətəndaş cəmiyyəti kimliyimizlə, Qafqazda davamlı və əbədi sülhün qapısını açacaq bu vasitəçilik təşəbbüsünə şərait yaradan Amerika Birləşmiş Ştatlarının xidmətlərini də yüksək qiymətləndiririk”.
Professor sülhə xidmət edənin, bəşəriyyətə xidmət etdiyini vurğulayaraq bu prosesdə əməyi keçən hər kəsi təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Avqust 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















