Akkan Suver: Bu gün bütün Türk dünyasının böyük Zəfər Bayramını qeyd edirik
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 8 noyabr, Günel Karatepe, AZƏRTAC
Bu gün biz təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının böyük Zəfəri Bayramını qeyd edirik. Ermənilərin təxminən 30 il əvvəl işğal etdikləri torpaqları geri alan Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, türklüyün tarixində şan və şərəf səhifəsi yazdı. Bu böyük Zəfərin 5-ci ildönümündə Qafqaz coğrafiyasına sülh və sabitlik gətirən, “Bir millət, iki dövlət” olmağın qürur və həyəcanını bizə yaşadan azərbaycanlı qardaşlarımızla fəxr edirik. Türklüyün Zəfər Bayramı mübarək olsun!
AZƏRTAC xəbər verir ki, bu fikirləri Zəfər Günü ilə bağlı açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver bildirib.
Açıqlamasında “Prezident İlham Əliyevin yüksək səviyyəli rəhbərliyi altında və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılmış bu Böyük Zəfərin ildönümündə Mərmərə Qrupu Vəqfi olaraq, vətəndaş cəmiyyəti kimliyimizlə, ən səmimi duyğularla azərbaycanlı qardaşlarımızı təbrik edirik” ifadələrinə yer verən Akkan Suver Qarabağın Vətən torpaqlarına qatılması uğrunda şəhid olan qardaşlarımızı rəhmətlə yad edib, qazilərimizə isə sağlamlıq və xoşbəxtlik arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















