Icma.az
close
up
RU
Akkan Suver: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin mövcud çətinliklər qarşısında birlikdə olması çox əhəmiyyətlidir

Akkan Suver: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin mövcud çətinliklər qarşısında birlikdə olması çox əhəmiyyətlidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 6 iyun, Günel Karatepe, AZƏRTAC

Ötən ay Müstəqillik Günü münasibətilə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında bir araya gəldilər. Türkiyə, Azərbaycan və Pakistan liderlərinin mövcud çətinliklər qarşısında həmrəylik və birgə hərəkət qabiliyyətinin artırılması məqsədilə birlikdə olması çox əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin Türkiyənin “Gözlem” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

Laçında keçirilən görüşlərdə ortaq coğrafiyalarda təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə, iqtisadi sahənin inkişafı, enerji və qida böhranlarının birlikdə aradan qaldırılması kimi mövzuların müzakirə olunduğunu bildirən Akkan Suver əlavə edib: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu Zirvə görüşünü Qərbdə qurulmaqda olan yeni dünya nizamı ilə yanaşı, Şərqin yüksələn güc və dəyərlərinin birləşdirilməsinə yönəlmiş bir addım, bir başlanğıc kimi qiymətləndirmək olar. Türkiyə, Azərbaycan və Pakistan bu Zirvə görüşündə xarici siyasətə istiqamət verə biləcək yeni platforma qura biləcəklərinin siqnallarını verdilər. Ümumi əhalisi 350 milyon və iqtisadi gücü 1,5 trilyon dollar olan bu üç ölkənin strateji əməkdaşlığı coğrafiyamız üçün böyük əhəmiyyət daşıyır”.

O bildirib ki, Avrasiyanın kəsişməsində yerləşən Azərbaycan, Pakistan və Türkiyə nəqliyyat sahəsində də “İnkişaf yolu”, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizinin birləşdirici həlqələri kimi bölgəyə birlikdə rəhbərlik edə bilər. Blokların və qütbləşmənin artdığı müasir dövrdə reallaşan bu əməkdaşlıq beynəlxalq sistemə yeni töhfədir.

“Qeyd etməliyik ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı ilə bölgəmizdə enerji xəritəsi yenidən formalaşıb. Həmçinin Azərbaycan və Türkiyə Pakistan ilə Hindistan arasında yaşanan münaqişədə rəsmi İslamabadın ərazi bütövlüyünə tam dəstək göstərirlər ki, bu da xüsusi qeyd olunmalı bir həqiqətdir”, - deyə Akkan Suver bildirib.

O qeyd edib ki, əgər bölgəmizin Şərqi Aralıq dənizi, Kipr, Qarabağ və Kəşmir kimi müxtəlif coğrafiyalarındakı münaqişələrin bənzər əsaslara söykəndiyini qəbul etsək, birgə hərəkətin əhəmiyyəti və zəruriliyi də özü-özlüyündə aydın olacaq.

Professor məqaləsini Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirdiyi “Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı – red.) yeni səhifəsi açılır. Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək” fikirləri ilə yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri