Akreditasiya komissiyası yaranmalı, fəaliyyət lisenziyası verilməlidir Tanınmış həkim
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
"Bu, yarımçıq da olsa, akreditasiya prosesi olub. Yəni, sənədlər yoxlanılıb. Sənədlər uyğun gəlmədiyinə görə, ləğv olunub".
Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla bəzi plastik cərrahların lisenziyasının ləğv edilməsindən danışarkən deyib.
Onun sözlərinə görə, akreditasiya komissiyası yaranmalıdır ki, bütün həkimlərə fəaliyyət lisenziyası verilsin:
"Onların sənədlərinin düz olub-olmaması nəzərə alınsın. Belə ki, sənədlərin uyğunluğu yoxlanılır və bundan sonra onlara fəaliyyət lisenziyası verilir. Bu, üç, beş və ya yeddi il ola bilər. Ayrı-ayrı ölkələrdə bunlar müxtəlifdir. Bu vaxtında olunsa idi, problemlə üzləşməzdik. Ona görə də dünyada istifadə olunan sistem qurmalıyıq. Sertifikasiya imtahanı ləğv olunmalı, akreditasiya komissiyası yaranmalıdır. Həkimlər yalnız lisenziya əsasında fəaliyyət göstərməlidir. Bununla problem həllini tapmış olar".
Anar Kəlbiyev
Baxış sayı:97
Bu xəbər 06 Fevral 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















