Aktau limanı bu il genişləndiriləcək
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanın Aktau şəhərindəki dəniz nəqliyyatı və liman 2025-ci ildə genişləndiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Qazaxıstan bürosu bu ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dəniz nəqliyyatının inkişafı üçün Aktau limanında illik ötürücülük qabiliyyətini 240 min TEU-ya (iyirmi futluq ekvivalent) çatdıracaq konteyner habının tikintisinə başlanılıb.
Qeyd olunub ki, bu, Qazaxıstanın beynəlxalq logistika arenasındakı mövqeyini gücləndirəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə konteyner daşımalarını artırmağa və s. imkan verəcək.
Nazirliyin məlumatına görə, limanda dərinləşdirmə işlərinin aparılması planlaşdırılır ki, bu da onun terminal tutumunu artıracaq və konteyner daşımaları üçün daha səmərəli edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 Yanvar 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















