Icma.az
close
up
RU
Aktau şəhərində Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar elmi praktik konfrans keçirilib

Aktau şəhərində Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar elmi praktik konfrans keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 8 dekabr, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Qazaxıstan: Liderlik, irs və müasir əhəmiyyət” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Aktaudakı baş konsulluğunun və “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə universitetin rəhbərliyi, müəllimlər və tələbələr, diplomatlar və diaspor nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə dair kitablarla tanış olublar.

Konfransı “Azərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov açıb.

Universitetin prezidenti-rektoru Berik Axmetov Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən söz açıb, Heydər Əliyevin qardaşlıq əlaqələrinin inkişafına verdiyi mühüm töhfələri qeyd edib. O bildirib ki, ölkələr arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri elm və təhsil sahəsində geniş əməkdaşlıq üçün əlverişli şərait yaradır.

Baş konsul Ayxan Süleymanlı çıxışında Heydər Əliyevin dövlətçilik məktəbindən, onun müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib.

Daha sonra “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynovun, diaspor üzvü Yusif Quliyevin çıxışları dinlənilib. Həmçinin tədbirə Azərbaycandan onlayn qoşulan AMEA və Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü professor Vəli Hüseynov, Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərov və həmin universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, eləcə də Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışinski çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutduğu, müasir Azərbaycan dövlətinin memarı olduğu, ölkəmizin əldə etdiyi uğurların məhz onun siyasi irsi ilə bağlı olduğu vurğulanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

-1 / 5

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri