Aktauda qan vermək istəyənlərin izdihamı: uzun növbə yarandı VİDEO
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aktau şəhərinin sakinləri təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün bu gün də qan verməyə gediblər.
Publika.az xəbər verir ki, Aktau sakini Almaz Bekjanov Qan Mərkəzində yaralılar üçün qan vermək istəyənlərin növbəsini əks etdirən video yayımlayıb.
Oradakı şəxslərdən biri tez-tez qan verdiyini söyləyib. Faciədən sonra o da kənarda qalmamaq qərarına gəlib: “Bu gün səhər tezdən (dekabrın 26-da) işdən əvvəl növbəsiz tez şəkildə qan verəcəm deyə gəldim. Amma burada növbədəki insanların sayı durmadan artır. Onlar böyük böyük istəklə burada dayanıblar”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Sağ qalan sərnişinlərdən 12 nəfər bu gün Azərbaycana gətiriləcək.
Akqabay
Baxış sayı:98
Bu xəbər 26 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















